Daha bir məntəqə Türkiyə SQ-nin nəzarətinə keçdi
Suriyanın Afrin rayonundakı Rajo strateji cəhətdən vacib yaşayış məntəqəsi Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altına keçib.
Versus.az xəbər verir ki, Türkiyə qoşunları ötən gün Rajoya yaxınlaşmışdı. Hazırda bölgədə PYD və YPG terrorçuları ilə atışmalar davam edir.
Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Xəbər lenti
Daha 140 nəfər Füzuliyə qayıdır
İndiyədək Füzuli şəhərinə 783 ailə, yəni 2 979 nəfər köçüb