İraq türkləri də çox böyük üzüntü içərisindədir

17:33 29-09-2023 | icon 553 | Cəmiyyət
İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahya: "Qənirə xanım Kərkük Türkmənelinin də qızı idi"

"Qənirə Paşayeva təkcə Azərbaycanın deyil, Türk dünyasının, Kərkük Türkmənelinin ləyaqətli, güclü, qürur duyulacaq qızı idi. TURAN-a gedən yolda böyük mücadilə verirdi. Bütün ömrünü Türk dünyasına həsr edən Qənirə xanım bu yolu öz parlaq siması, əməlləri ilə işıqlandırırdı. İraq türkləri Qənirə Paşayevanın vəfatı xəbərini çox böyük üzüntü ilə qarşıladı və Kərkük Türkməneli kədər içindədir".


Bu sözləri versus.az-a açıqlamasında İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkaya bildirib.

 

O, millət vəkilinin müalicə aldığı günlərdə bütün türkmənlərin duasında olduğunu deyib:

 

"Qənirə xanım bizim də millət vəkilimiz idi. Çox üzgünəm. Azərbaycan xalqına, Türk dünyasına başsağlığı verirəm. ALLAH rəhmət eləsin. Məkanı cənnət olsun. Qənirə xanım, böyük türk qızı hər zaman qəlblərimizdə yaşayacaq".

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var