"Qənirə Paşayeva Kərkük Türkmənelinin ən böyük dəstəkçisi idi"

22:49 04-10-2023 | icon 714 | Cəmiyyət
"Qənirə Paşayeva Kərkük Türkmənelinin ən böyük dəstəkçisi idi"

İraq Türkməneli Partiyasının Qadınlar Birliyi Türk dünyasının Asenası, millət vəkili, Turana gedən yolda yorulmadan, usanmadan gecə-gündüz addımlayan Qənirə Paşayevanın işıqlı xatirəsinə Mövlud düzənləyib.

 

Versus.az xəbər verir ki, ilk olaraq, Qənirə xanımın adına Quran oxunub.


İraq Türkməneli Partiyasının Qadınlar Birliyinin üzvləri Qənirə Paşayevanı Kərkük Türkmənelinin ən böyük dəstəkçisi adlandırıblar.


Qadınlar Birliyinin başqanı Hanan Kasım Tercüman çıxışında Qənirə xanımın vaxtsız vəfatı xəbərini üzüntü ilə qarşıladıqlarını bildirib:

 

"Bu xəbər təkcə Azərbaycanı deyil, bütün Türk dünyasını, o cümlədən Kərkük Türkmənelini kədərə boğdu. Qənirə Paşayeva az yaşadı, amma 48 illik ömründə o qədər böyük işlərə, əməllərə imza atdı ki, Türk dünyası tarixinə adını əbədi yazdı. Biz onu Asena adlandırırıq, o həm də Türk dünyasının Qənirəsi idi..."


Türkməneli Partiyası Kərkük şəhər başqanı Gaye Kasab Qənirə Paşayevanın vəfatının böyük itki olduğunu deyərək, acılarını dilə gətirdi:

 

"Qənirə xanım sadəcə Azərbaycan türkü deyildi, o böyük türk idi, həm İraq türkü idi, həm özbək, qırğız, qazax, həm Kırım türkü idi, həm başqırd, tuva türkü idi.... Dünyanın hansı coğrafiyasınd türk yurdları, türklər yaşayırsa, Qənirə xanımın ürəyi onlarla döyünürdü".


Gaye Kasap onu da vurğuladı ki, Qənirə Paşayeva bütün çıxışlarında Kərkük Türkməneli mücadiləsindən söz açırdı:

 

"İraq türklərindən sevgi ilə danışırdı, Türkmən bayrağına sarılıb, onu öpüb gözləri üstünə qoyurdu. Qənirə xanım bütün Türk dünyasına Turana gedən yolu miras qoyub getdi. Biz onu heç vaxt unutmayacağıq, türkmən qadlnları olaraq Qənrə xanımın açdığı Türkçülük yolunu davam etdirəcəyik".


Daha sonra Qənirə Paşayevanın adına dualar oxunub, ehsan süfrəsi açılıb.

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB