“Mingəçevir Reqatası” hər il keçiriləcək

12:55 26-10-2023 | icon 324 | İdman
“Mingəçevir Reqatası” hər il keçiriləcək

“İkinci dəfədir ki, “Mingəçevir Reqatası”nı təşkil edirik. Bu, ənənəvi tədbirdir, 50 ilə yaxın müntəzəm keçirilib. Biz də bu ənənəni davam etdiririk, hər il keçirəcəyik”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında deyib.

 

O, ötən gün baş tutan yarışlarda Azərbaycan idmançılarının dörd medal qazandıqlarını xatırladıb:

 

“Bunun davamını bu gün də gözləyirik. Artıq bir idmançımız kanoe qayığında medal əldə etdi. İnanırıq ki, günün sonuna qədər medallarımızın sayı artacaq”.

 

F.Əliyev “Mingəçevir Reqatası”nı təşkil etməkdə məqsədin yeniyetmələrin inkişafına kömək olduğunu vurğulayıb:

 

“Ötən il idmançılarımız elə çox nəticə verməsələr də, perspektiv vəd edənlər artıq budəfəki yarışda uğurlu çıxış edirlər. Onlar ölkə xaricindəki turnirlərdə də Azərbaycanı təmsil edirlər və gözlənilən nəticəni qazanırlar. İstədiyimizi görə bilirik”.

 

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ