“Heydər Əliyev siyasəti: tolerantlıq” KONFRANS

15:58 15-11-2023 | icon 349 | Siyasət
“Heydər Əliyev siyasəti: tolerantlıq” KONFRANS

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikada fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

 

Konfransda ölkədəki milli birlik və dini həmrəylikdən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 

Tədbirdə ulu öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikada yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkənin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söhbət açılıb, sonda müzakirələr aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...