“Ağdamın qara günləri geridə qaldı”

08:57 20-11-2023 | icon 430 | Siyasət
“Ağdamın qara günləri geridə qaldı”

Könül İsmayılova: “Cənab Prezident söylədiyi hər bir sözün arxasındadır və dediklərini sırasıyla yerinə yetirir”

 

“Üç il öncəyə kimi böyük kədərlə işğal günlərini qeyd etdiyimiz rayonlarımızın bu gün işğaldan azad edilməsini Şəhər Günləri kimi qeyd edirik. Ağdamın qara günləri geridə qaldı. Və bu gün günlərdən Ağdam Şəhəri Günüdür”.

 

Versus.Az xəbər verir ki, bunu 20 noyabr - Ağdam şəhəri günü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Tarixə diqqət çəkən Könül İsmayılova qeyd edib ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü ildə erməni vandalizminə məruz qalıb:

 

“Şəhər tamamilə dağıdılıb, xarabalığa çevrilib. “Ruhlar şəhəri” adlandırdığımız Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insanımız şəhid olub, minlərlə insan yaralanıb, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün həyatı sürüb. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənib”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilib”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdi ki, orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilib. Buna baxmayaraq Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı”.

 

K.İsmayılova bildirdi ki, dünya birliyinin susduğunu, beynəlxalq təşkilatların ikili standartlardan əl çəkmədiyi bir vaxtda Azərbaycanın özünün öz tarixi torpaqlarını azad etmək vaxtı çatdı:

 

“2020-ci ildə 44 günlük vətən müharibəsində Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Bu müqəddəs yolda canından keçən şəhidlərimizə əbədiyyən borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün onların ruhları şaddır. Birinci Qarabağ Müharibəsində şəhid olanların da ruhları şaddır, qanları yerdə qalmadı”.

 

Ermənilərin dağıdıb xarabalığa çevirdiyi Ağdam şəhərinin yenidən qurulması, insanlarımızın öz yurd-yuvalarına qayıdışının təmin edilməsi üçün işlərə başlanıldığını vurğulayan K.İsmayılova Prezidentin Ağdamla bağlı fikirlərinə diqqət çəkib:

 

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, - “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Mən əminəm ki, cənab Prezident söylədiyi hər bir sözün arxasındadır və dediklərini sırasıyla yerinə yetirir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...