Mətbuat Şurası mitinqdə monitorinq aparıb

16:58 28-10-2017 | icon 700 | KİV
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası Milli Şuranın oktyabrın 28-də “İnşaatçılar” stansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Şuradan Versus.Az-a verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Media nümayəndələrinə öz işlərini sərbəst həyata keçirilmələri üçün hər cür şərait yaradılıb. Qrupun üzvlərinə bununla əlaqədar da hansısa narazılıq ünvanlanmayıb.

Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib.

Xüsusi gödəkçələrdə olmayan jurnalistlərə müvafiq tövsiyələr verilib.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR