“2023-cü il Azərbaycan ailəsinin qəlbində xoş xatirələrlə qalacaq”

20:38 26-12-2023 | icon 379 | Siyasət
“2023-cü il Azərbaycan ailəsinin qəlbində xoş xatirələrlə qalacaq”

Aydın Mirzəzadə: "Ən böyük hadisə növbədənkənar prezident seçkiləridir"

 

"Gələn il artıq Şuşaya əhalinin qayıtması gözlənilir. Bu günlər prezident orda salınan yeni yaşayış kvartalları ilə tanış oldu. Şuşa doğrudan da bir paytaxt kimi öz simasını günü – gündən yaxşılaşdıracaq".

 

Versus.Az xəbər verir ki, bunu 2023-cü ilin hansl tarixi hadisələri ilə yadda qalması, beynəlxalq müstəvidə hansı mövqeyə sahiblənməsi ilə bağlı açıqlamasında deputat, professor Aydın Mirzəzadə bildirib.

 

Deputat qeyd edibki, 2023-cü il şərəfli illərdən biri kimi tariximizə yazıldı. O, ən böyük hadisənin Azərbaycan ərazilərində separatçılığa son qoyulmasını, bütün məntəqələrdə üçrəngli bayrağımızın dalğalanmasını qeyd edib:

 

“Azərbaycan 100 illərdən üzü bəri çiyinlərindəki o ağır yükləri atdı. Xankəndidə Zəfər paradı, bu günlərdə Xankəndi stadionunda Azərbaycan kuboku uğrunda futbol yarışının keçirilməsi çox önəmli hadisələrdir”.

 

A.Mirzəzadə eyni zamanda Azərbaycanın regionların sosial inkişafı, infrastrukturun yenilənməsi, iş yerlərinin açılması, regionlara xarici investisiyaların cəlb edilməsi istiqamətində ölkəmizin cəlbediciliyinin artmasə ilə bağlı maraqlı məqamlara diqqət çəkib:

 

“İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-abadlıq işlərinin aparılması, insanlarımızın öz yurdlarına qayıtması mühüm hadisələrdir. Əslində yeni yaşayış məntəqələrində 4 minə qədər insan yaşayır və  6 orta məktəb fəaliyyət göstərir. Gələn il isə geri qayıdışın coğrafiyası daha da genişlənəcək”.

 

Deputat eyni zamanda Azərbaycanın Beynəlxalq Birlikdə aktiv rol aldığını vurğulayıb:

 

“Azərbaycanın nüfuzu durmadan artır, beynəlxalq tədbirlərin Azərbycanda keçirilməsi bir ənənə halnı alıb. Bakı beynəlxalq diplomatik paytaxtlardan birinə çevrilib. Nüfuzlu COP 29 sammitinin gələn il Azərbaycanda keçirilməsi artan nüfuzumuzun növbəti göstəricisidir. Həmin sammitə 110-dan çox ölkənin dövlət və hökumət başçıları qatılacaq və 70 mindən çox qonaq olacaq. Bu Azərbaycanı tanıtmağa, eyni zamanda Azərbaycanla dünya arasında olan körpünün daha da möhkəmləndirilməsinə kömək edəcək”.

 

A.Mirzəzadə prezidentin tez-tez regionlara səfərlər etməsinə də diqqət çəkib:

 

“Prezidentin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərləri böyük əhəmiyyət kəsb edir. Çünki bir tərəfdən görülən işlərlə bağlı özü birbaşa məlumat alır, eyni zamanda yeni planların həyata keçirilməsi ilə bağlı tapşırıqlar verir. Cənab Prezident bizim Mədəniyyət paytaxtmız olan Şuşada tez-tez olur. Gələn il artıq Şuşaya əhalinin qayıtması gözlənilir. Bu günlər prezident orda salınan yeni yaşayış kvartalları ilə tanış oldu. Şuşa doğrudan da bir paytaxt kimi öz simasını günü-gündən yaxşılaşdıracaq. Bu səfərlər eyni zamanda işğaldan azad olunan zonada iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına, xarici investisiyaların qoyulmasında böyük rol oynayacaq”.

 

A.Mirzəzadə bildirib ki, 2023-cü il Azərbaycan ailəsinin qəlbində xoş xatirələrlə qalacaq:

 

“1 günlük antiterror əməliyyatında bizim bir nəfər də olsa şəhidimiz olmadı. Biz ili yola salarkən Şəhidlərimizi xatırlayıb onlara Allahdan rəhmət diləyirik. Onlar vətən üçün canlarını qurban verdilər ki, bundan sonra şəhidlərimiz olmasın”.

 

A.Mirzəzadə 2024-cü ilin planlarına da toxunub:

 

“Böyük planlar var. Ən böyük hadisə 7 fevralda keçirləcək növbədənkənar prezident seçkiləridir. Prezident seçkiləri Azərbaycanın 2024-cü ildən sonra gedəcək yolunun yenidən müəyyənləşdirilməsidir. İnanıram ki, Azərbaycan xalqı yenidən müstəqilliyimizin möhkəmləndirilməsi, əhalimizin sosial vəziyyətinin yaxşılaşması, nüfuzumuzun artması, suverenliyimizin, müstəqilliyimizin qurduğu yolu seçəcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT