Santa Klausun sürücülük vəsiqəsi tapıldı

10:21 28-12-2023 | icon 373 | Maraqlı
Santa Klausun sürücülük vəsiqəsi tapıldı

Şotlandiyanın Edinburq şəhərində Santa Klausun itirdiyi sürücülük vəsiqəsi polis əməkdaşlarını güldürüb.

 

Qəribə tapıntı barədə hüquq-mühafizə orqanlarının əməkdaşları “X” sosial şəbəkəsindəki rəsmi hesablarında paylaşım ediblər.

 

Polis əməkdaşları Santa Klaus istirahət üçün Şimal qütbünə qayıtmazdan əvvəl sənədlərini ona geri qaytarmaqda köməklik göstərmək çağırışı ilə müraciət paylaşıblar.

 

Zarafat üçün hazırlanmış sürücülük vəsiqəsinin üzərində başında bayram papağı olan uzunsaqqallı kişinin şəkli əks olunub. Vəsiqədə onun oyuncaq və hədiyyələri çatdırmaq hüququnun olduğu, lakin bu hədiyyələrin il boyu nəzakətli davranan qızlar və oğlanlar üçün nəzərdə tutulduğu qeyd olunub.

 

Santa Klausun sürücülük vəsiqəsi 2050-ci ilə qədər etibarlıdır, daha sonra isə məlumatları yeniləmək və onun etibarlılığını təsdiqləmək lazımdır. Yeri gəlmişkən, sənəddə Santa Klausun dəqiq ünvanı da göstərilib: Şimal qütbü, “Santa's Grotto”.

 

“Bu vəsiqə sizin rayonda tapılıb və Şotlandiya polisinə təhvil verilib. Əgər sahibini görən varsa, bizimlə əlaqə saxlasın!” - deyə hüquq-mühafizə orqanının əməkdaşları yazıblar.

 

Onların fotoşəkilləri paylaşdıqları elan tez bir zamanda sosial şəbəkələrdə yayılıb. Paylaşımın baxış sayı bir milyonu ötüb.

 

“Saxta sənədli Santa Klaus, ha-ha”, “Buna bax, indi o, avtomobili vəsiqəsiz idarə edir”, “Deyəsən, kimsə vəsiqələri saxtalaşdırır”, “Papağını çıxara bilərdin”, - deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

 

Mənbə: focus.ua

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...