“Prezidentimiz 20 il xarici güclərlə vuruşdu”

15:31 28-12-2023 | icon 496 | Siyasət
“Prezidentimiz 20 il xarici güclərlə vuruşdu”

Kamilə Əliyeva: "Bu gün qürurla deyirik ki, xalqımız Prezidentini, Prezidentimiz də öz xalqını sevir”

 

“Prezidentimizin öz xalqı ilə qədim Azərbaycan torpağı olan Xankəndidə bir yerdə olması, Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına -bu torpaqların əsil sahibləri azərbaycanlılardır; biz öz torpaqlarımıza qayıtmışıq və əbədi burda yaşayacağıq - mesajını bir daha verdi. Bu tarixi günləri, anları xalqımıza bəxş etmək üçün Prezidentimiz 20 il xarici güclərlə vuruşdu. Ermənistanla yanaşı onlara havadarlıq edən böyük dövlətlərə qalib gəldi”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva dövlət başçısının ulu öndər ilinin son günlərində tarixə yazdığı hadisələrə diqqət çəkərkən qeyd edib.

 

K.Əliyeva qeyd edib ki, president İlham Əliyevin 2020-ci il sentyabr ayından başlayaraq 30 il işğal altında olan Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərinin ordumuz tərəfindən azad edilməsi barədə verdiyi şad xəbərlərlə xalqımızı sevindirdi və bu günə qədər qədər demək olar ki, hər gün Azərbaycan xalqına Zəfərlə dolu günlər yaşatdı. Artıq soydaşlarımız öz doğma yurdlarına dönürlər.

 

Deputat eyni zamanda bildirib ki, bu ilin oktyabr ayının 15-də ölkə başçımızın Xankəndində Azərbaycan bayrağını ucaltması Azərbaycan dövlətinin güdrətinin nümayişi, Prezident cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, güclü siyasətçi və diplomat olmasının göstəricisi idi:

 

“Xankəndi futbol meydançasında keçirilən yarışı Prezident, Ali Baş Komandan, cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva stadiona gəlmiş minlərlə azərbaycanlılarla bir yerdə izlədi. Futbol matçını izləyənlər arasında uşaqlar, yaşlı insanlar da var idi. Həmin gün Azərbaycanın növbəti şanlı bir tarixi günü oldu. Həmişəki kimi uşaqdan böyədək hər kəs öz Prezidentilə qürur duyduğunu, onunla fəxr etdiyini bir daha nümayiş etdirdi. Prezidentimizin futbol matçını rəsmi şəxslərlə deyil, şəhid ailələri və onların övladları ilə bir yerdə izləməsi onlara böyük hörmət bəsləməsinin göstəricisi idi. Ölkə başçımız hər zaman şəhidlərimizin xatirəsini uca tutub və gələbəmizi onların sayəsində qazandığımızı vurğulayıb. Uşaqların Mehriban xanıma yaxınlaşan zaman onun bu uşaqları ana qayğısı ilə bağrına basması bir daha Mehriban xanımın xalqının övladlarını öz övladları qədər sevdiyinin şahidi olursan”.

 

Deputat bütün bunlarla yanaşı daxildə dövlətə, xalqa qarşı çıxanların olmasına təəssüflə yanaşıb. Onun sözlərinə görə, həmişəki kimi bu dəfə də radikal müxalifət ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində ölkədəki siyasi sabitliyi pozmağa can atır və əsasız bəyanatlar səsləndirirlər:

 

“Bu onların acizliyinin nümunəsidir. Xalqımız onları çoxdan Azərbaycanın siyasi həyatından silib. Xalqımız çox gözəl bilir ki, radikal müxalifət xalqa, dövlətə qarşı xainlik edir. Xaricdəki Azərbaycana qarşı düşmən qüvvələrindən qrant alaraq onlara xidmət edir. Bu gün qürurla deyirik ki, xalqımız Prezidentini, Prezidentimiz də öz xalqını sevir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA