İmtahanda maksimum nəticə göstərən məktəblilərin HƏDƏFLƏRİ

16:33 03-04-2024 | icon 214 | Təhsil
İmtahanda maksimum nəticə göstərən məktəblilərin HƏDƏFLƏRİ

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 13-ü qız, biri oğlandır.

 

Oxu.Az-ın əməkdaşı imtahanda 300 bal toplayan bir neçə məktəbli ilə danışıb.

 

Onlardan biri Bakı şəhəri, Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəylidir.

 

O, həkim olmaq istədiyini qeyd edib:

 

“IV ixtisas qrupuna hazırlaşıram. Həkim olmaq uşaqlıq arzumdur. Babam da həkimdir. Ona baxıb, özümə nümunə götürmüşəm. Nəticəni gözləmirdim. Düzdür, keçən ilə nisbətən builki suallar mənə daha asan gəldi. Bəzi açıq tipli tapşırıqlara görə maksimum bal yığa bilməyəcəyimi düşündüm. Lakin arxayın idim”.

 

A.Rzabəyli hədəfinin 700 bal toplamaq olduğunu bildirib:

 

“Əlimdən gəldiyi qədər oxuyuram ki, nəticəni əldə edim. Bakıda təhsil almağı düşünmürəm, xaricdə oxumaq istəyirəm. Yaşıdlarıma məsləhət görərdim ki, zəif olduqları mövzuları yenidən oxusunlar. Özləri üçün uyğun metod yaratsınlar”.

 

Qəbələ rayonu, Həmzəli kənd orta məktəbinin şagirdi Elşən Yusibov isə deyib ki, maksimum nəticə üçün gecə-gündüz çalışır:

 

“IV ixtisas qrupuna hazırlaşıram. Bu nəticə üçün çox çalışdım. Səhər məktəbə, günorta kursa gedirəm. İmtahan nəticələrim yaxşı olduğundan kursa ödəniş etmirəm. Kursda da birinci pillədəyəm. Tibb universitetinə hazırlaşıram. Ürək həkimi olmaq istəyirəm”.

 

E.Yusibov 700 bal toplamağı uşaqlıqdan xəyal etdiyini söyləyib:

 

“Buraxılışdan, əslində, yüksək nəticə gözləyirdim. Özümə əmin idim. 700 bal toplamaq arzumdur. Bunun üçün çalışacağam. Hələ ki Bakıda təhsil almağı düşünürəm. Daha sonra xaricdəki təhsil təcrübəsini sınaya bilərəm”.

 

Buraxılış imtahanında maksimum nəticə göstərənlərdən biri də Bakı şəhəri, Suraxanı rayonu, 146 saylı orta məktəbin şagirdi Fatimə Qasımovadır.

 

F.Qasımova mühəndis olacağını bildirib:

 

“I ixtisas qrupu üzrə hazırlaşıram. Uşaqlıqdan fizika, kimya, riyaziyyata marağım olub. Sırf bu fənlərə hər zaman üstünlük vermişəm. Uğurumun təməli uşaq yaşlarımdan ciddi və məsuliyyətli olmağımdır. Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzrə təhsil almağı düşünürəm”.

 

O, hədəfinin 700 bal olduğunu vurğulayıb:

 

“Buraxılışda maksimum nəticəni gözləmirdim. Hətta çətin olacağını düşünürdüm. Açığı, 290 baldan yuxarı gözləyirdim. İmtahanda gördüm ki, suallar asandır. Ötən gün cavabı yoxlayanda gördüm, qapalı tipli test tapşırıqlarının hamısını düz yazmışam. Açıqdan ehtiyat etdim. Düşündüm, yarı bal da verərlər. Lakin maksimum nəticəni gördüm. Çox sevindim.

Hədəfim 700 baldır. Yəni bununla iş bitmir, 400 balı da toplamalıyam. Tam nəticə istəyirəm. Qəbul imtahanlarına fokuslanmışam. Əvvəl Bakı Ali Neft Məktəbində təhsilimi alacağam. Sonra xaricdə təhsilə yönəlməyə düşünürəm. Yaşıdlarıma tövsiyəm odur ki, dərsi sevə-sevə oxusunlar. Gələcək üçün məsuliyyət hiss etsinlər. Bezmədən, çətinliklərə baxmayaraq davam etmək lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə