“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə YARADILDI

11:20 02-05-2024 | icon 203 | Cəmiyyət
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə YARADILDI

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib.

 

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib.

 

 

O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 aprel tarixli Sərəncamı əsasında komitənin 2 departamenti - “Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti” və “Repatriasiya” departamentləri ləğv edilib.  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 aprel tarixli Sərəncamı ilə isə Dövlət Komitəsi aparatının ümumi ştat sayı artırılıb.

 

Artırılmış ştat vahidləri hesabına komitənin aparatının tərkibində iki yeni şöbə - “Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr”,  “Qayıdışın qeydiyyatı və təşkili” şöbələri yaradılıb.

 

Ləğv edilmiş departamentlərdə işləyən dövlət qulluqçuları komitədə analoji vakant vəzifələrə təyin olunublar.

 

Komitədə struktur dəyişikliyi dövlət idraetməsini təkmilləşdirmək, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının effektivliyini təmin etmək məqsədi daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ