5 aprel görüşü yaxşı heç nə vəd etmir

09:09 05-04-2024 | icon 260 | Siyasət
5 aprel görüşü yaxşı heç nə vəd etmir

Kamilə Əliyeva: “Ermənistan gələcəkdə Avropanın hərbi poliqonuna çevriləcək”

 

5 aprel Brüssel görüşündən öncə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək vəziyyəti izah etməyə çalışması Qərbin, Avropanın regionla bağlı cızdığı planlardan xəbər verir. Azərbaycan tərəf bu görüşün təxirə salınmasını tələb etsə də, qarşı tərəf öz planını gerçəkləşdirməyə doğru addım atmaqda israrlı oldu.

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, ABŞ dövlət katibi Antoni Blinkenin Prezident cənab İlham Əliyevə zəng edərək 5 aprel görüşünün Azərbaycanın əleyhinə olmadığını əsaslandırmağa çalışması ABŞ rəsmisinin Azərbaycanın əleyhinə və milli maraqlarına qarşı istənilən təxribatların, həmlələrin cavabsız qalmayacağını anlamasının nümunəsidir.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistana və onun havadarlarına bu barədə xəbərdarlıq da edib:

 

“Qərb dövlətləri yaxşı başa düşür ki, Azərbaycan prezidentinin sözü imzası qədər dəyərlidir. Azərbaycan dünyada ən güclü dövlətdir, onun başçısı da dünyada ən güclü siyasətçilərdən biridir. Təbii ki, ABŞ, Avropa İttifaqı və Ermənistanın aprelin 5-də keçiriləcək görüşdə yalnız Ermənistana iqtisadi yardımların göstəriləcəyi barədə söylənilənlər inandırıcı deyil. Bu gün Qərbdə Azərbaycanın guya Ermənistana silahlı hücum edəcəyi barədə yalan informasiyaların yayılması, aprelin 2-də Fransa xarici işlər nazirinin ölkəmizə qarşı ittihamlar söyləməsi əsas verir ki, bütün bunlar Ermənistanı silahlandırmaq üçün bir bəhanədir”.

 

K.Əliyeva bildirib ki, Qərbin Ermənistanı silahlandırması Azərbaycanla yanaşı birgə dövlətləri üçün də bir təhlükədir. Onun sözlərinə görə, Avropa dövlətlərinin Ermənistana yerləşdirdiyi mülki missiya tədricən hərbi missiyaya çevriləcək:

 

“Nəticə etibarı ilə Ermənistan gələcəkdə Avropanın hərbi poliqonuna çevriləcək. Bununla da ABŞ, ya Avropa İttifaqı, xüsusən də Fransa Cənubi Qafqazda ikinci Ukrayna cəbhəsi yaratmaq niyyətini ortaya qoymuş olur. Bu, region dövlətləri üçün də yaxşı heç nə vəd etmir. Təəssüf ki, bu günə qədər həm İran, həm də Gürcüstan bu məsələ ilə bağlı susqunluq nümayiş etdirib”.

 

Tahirə Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə