Millət vəkilindən Türk aydınlarına çağırış

21:24 03-03-2018 | icon 513 | Siyasət
Millət vəkilindən Türk aydınlarına çağırış

Versus.az-ın məlumatına görə, Ankarada İLESAM-də (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) millət vəkili Qənirə Paşayeva aydınlar qarşısında çıxış edərək Türk dünyasına Qarabağ, Kərkük, Ahıska, Bayırbucak çağırışı edib:

“Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Bu birlik dosta da, düşmənə də bir mesajdır. Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir.

Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq”.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılar, əziyyət çəkdiyi problemlər göz önündədir. Q.Paşayeva bu problemlərdən xilas yolunu birgə mübarizədə gördüyünü vurğulayıb:

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edərik. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq.Mən sizi bu gün Suriyada Bayırbucak, İraq, Təlafər, Kərkük, Krım, Axısxa və Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Millət vəkili tədbirdən sonra aydınlarla geniş fikir mübadiləsi aparıb və onlara özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR