“ADA” Universiteti və “Coca-Cola”

15:39 18-03-2019 | icon 483 | Təhsil
“ADA” Universiteti və “Coca-Cola”

Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi

 

Mart ayının 15-də ADA Universiteti və “Coca-Cola” şirkəti ənənəvi olaraq Bakıda keçirilən VII Bahar Gənclik Festivalı ilə Azərbaycanın ən çox sevilən bayramı olan Novruz bayramını qeyd edib.

 

Festival çərçivəsində tələbələr üçün bayram şənliyi ilə yanaşı, “Təmiz ölkəm” ekoloji layihəsinin də başlanğıcı elan olunub.

 

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən “ADA Universiteti” Fondunun prezidenti Natiq Hacıyev bildirib: “ADA” Universiteti “Coca-Cola” şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz "Ağac əkək, təbiətə töhfə verək" layihəsi uğurla həyata keçirilmiş, Azərbaycanda ekoloji maarifləndirmə işləri görülmüş və ölkəmizdə 100 minə yaxın ağac əkilmişdir. Bu gün bu tədbir vasitəsilə start verdiyimiz “Təmiz ölkəm” layihəsi yenə də ətraf mühitin qorunması ilə bağlı bir layihədir və inanırıq kı, biz yenə də müsbət nəticələr əldə edəcəyik. “ADA” ailəsi adından Novruz bayramınızı bir daha təbrik edirəm. Qoy bu bahar Sizə uğur və xeyir bərəkət gətirsin”.

 

Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: “Sosial məsuliyyətli bir şirkət olaraq “Coca-Cola” hər zaman fəalliyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Bu ildən etibarən “Coca-Cola” və ADA Universitetinin birgə layihəsi olan “Təmiz ölkəm” layihəsinə start verilir. Ümid edirik ki, bu layihə də ötən layihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Fürsətdən yararlanaraq bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bayram sevinci və xoş günlər arzulayırıq”.

 

Qeyd edək ki, “Təmiz ölkəm” ekoloji layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı haqqında ictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılması, plastik butulkaların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar istehsal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyata keçirilməsi üçün Bakı şəhərinin əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.

“Təmiz ölkəm” layihəsi “ADA” universiteti, “ADA Universiteti” Fondu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola Fondunun və AzEkol şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçiriləcək.

 

“ADA” Universitetinin Bayraq meydanında quraşdırılmış plastik butulkalardan hazırlanmış nəhəng səməni maketi isə “Təmiz ölkəm” layihəsində “ikinci həyat” qazanmış uğurlu nümunələrdən sadəcə biridir. Plastik səməni eyni zamanda həm də qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu bir tondemdə tərənnüm edir. VII Bahar Gənclik Festivalına qatılmış gənclər öz növbələrində istifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusi butulka toplama qablarına ataraq “Təmiz ölkəm” layihəsinə öz dəstəklərini əyani olaraq göstəriblər.

Qeyd edək ki, festival sərgi, konsert, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi bayram adət-ənənələrinin nümayişi, həmçinin Azərbaycanın estrada müğənnilərinin çıxışları ilə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR