QORXU HAKİMİYYƏTİ

18:19 06-10-2017 | icon 814 | Köşə
QORXU HAKİMİYYƏTİ

PAKİZƏ BABAZADƏ

Bilgilərə görə, Qorxu ən mühim, güclü və qədim instinktir və bu Qorxu dünyagörüşün, insanla dünya arasındakı münasibətlərin formalaşmasında mühüm rol oynayır.

Sartra görə Qorxu insanda onun azadlığını itirmək imkanının yaşanması, Kierkoqora görə azadlığın gerçəkləşməsi, Ruzveltə görə isə dünyada ən qorxulu şey elə Qorxunun özünün olmasıdır…

Bir sözlə Qorxu bir fenomendir ki, insanın doğumundan ölümünə qədər müxtəlif formalarda ona yoldaşlıq edir. Haydeggerin təbirincə desək, məntiqlə çağrılmır, “özü gəlir.”

Qorxu digər instinktlər kimi insan həyatının vazkeçilməz nəsnəsidir ki, həm zəruridir, həm də zərərli. İkili xarakter daşıyan bu fenomen yuxarıda qeyd etdiyimiz kimi insan-dünya münasibətlərinin gedişatını yönləndirir.

Bəzi bilginlər Qorxunun insan həyatı üçün zəruriliyini onda görürlər ki,  insan qorxusuzluq şəraitində hər cür ağlasığmaz hadisələr törədə bilər ki, insanı dəyişmək, ona məxsus vəhşi instinktləri cilovlamaq üçün Qorxu lazım gəlir, çünki: “… insan Qorxunun təsiri altından çıxarsa, cəmiyyətin taleyi sual altında qalar”… Elə bu baxımdan çıxış edən E.From göstərirdi ki: “Allah olmasaydı belə, onu yaratmaq lazım gələrdi”.

Qorxunun zəruri tərəfləri haqda çox danışmaq olar. Bizim toxunmaq istədiyimz məsələ isə bir medalın iki üzü olan Qorxunun digər yönü, onun insan həyatına verdiyi zərərlərdir. Qorxu bütün zamanlarda mövcud vəziyyətdən asılı olaraq müxtəlif halda insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Yaspers haqlı olaraq deyirdı ki, bizim zəmanəmizdə adamları bir növ əvvəllər məlum olmayan Qorxu çuğlamışdır və bu Qorxu rəngarəng, çoxmənalı olub nəinki yaddaşdan tez silinən, üzdə olan qorxudur, həm də dərin və gizli Qorxudur… – “o vital və ekzistensial səciyyə daşıyır və sanki hər cür Qorxunu özündə birləşdirir”. Bir sözlə, İnsan psixikasının ən dərin qatlarında kök salmış Qorxu “bədxassəli şiş” kimi nəsibimizə çevrilmişdir.

Hörmətli yazıçı-tədqiqatçı Əlisa Nicat gözəl qeyd edir ki, canlılar aləmində heç bir canlı, təbiətin son nümayəndəsi olan İnsan qədər Qorxu hissinə məruz qalmayıb. Hər cür canlı üçün qorxu mövcuddur, ancaq İnsan həyatındakı Qorxu tamamilə başqa xarakterli qorxudur. Hər bir canlı növü kimi insanda da başlıca Qorxu olan ölüm qorxusu olmuş, təbii yaşam şərtləri altında bir-birlərini kütləvi şəkildə məhv etmişlər. Lakin bu Qorxu ötəri olub, total xarakter daşımamışdır. İnsan üçün dünyada ilk Qorxu məhz totalitar rejimlərin, onların gizli, amansız repressiv aparatının yaranması və fəaliyyəti ilə başlandı ki, bu Qorxu həmin rejimlərin dayağına, rəhninə çevrildi. Bu Qorxu ən dəhşətli Qorxu növü olub insanın ən böyük sərvəti olan Azadlığının qənimi, köləliyinin səbəbi oldu. Kamyunun təbirincə desək: “…qorxu, asılılığın, azad və sərbəst olmağın, xarici qüvvələrə tabeçiliyin, zülm və istibdadın nəticəsidir”.

İnsanın həqiqi Azadlığı isə bu “qorxular”dan qurtulmasıdır. Azadlığı  “qorxu həbsxanası”ndan qurtulmayan insan isə köləlik, mənəviyyatsızlıq bataqlığına saplanıb qalmağa, kimlərinsə əlində “vintciyə” çevrilməyə məhkumdur.

Qorxunu təfəkkürün mənfi istiqaməti kimi səciyyələndirən bir bilginə görə: “Qorxu – şərti reaksiyadır. Bu həyatı viran edən, ehtiyatlı olmayacağı halda sənin bütün enerjini, yaradıcı qüvvəni və fərdiliyini məhv edə biləcək bir vərdişdir… Şüurun qalasına gizlicə girmiş Qorxunu ardıcıl olaraq axtar və məhv et… bu addım sənə böyük özünəinam, xoşbəxtlik və şüur dincliyi verər…”

Froma görə azadlığa, müstəqilliyə can atan insan hardasa öz “təhlükəsizliyi” naminə bu azadlıqdan əl çəkməyə razı olan bir məxluqdur, bunun da başlıca səbəblərindən biri məhz Qorxudur: “Qorxu insanın sosial normalara uyğun gəlməyən təhtəlşüur cəhətlərini tamam aradan çıxarmaya məcbur edir. Nəticədə, insan təcrid olub özünə qapılır… hətta öz mənliyini əmtəə kimi qəbul edən passiv bir məxluqa çevrilir”.

Bu gün Azad bir fərd, haqlarının sahibi bir vətəndaş olmaq istəyiriksə, yorğan kimi büründüyümüz bu Qorxu Atmosferindən xilas olmalıyıq. Cəsarət hər bir insanın özündə tapa biləcəyi və ona rifah, səadət gətirən bir keyfiyyətdir. Bu gün hər birimiz bu keyfiyyəti özümüzdə tapmalı, bizi total əsirə çevirən Qorxulardan xilas olmalıyıq. Qanımıza hopmuş Qorxu saprogenlərindən qurtulmalı, haqqımız olan haqlara, talanan, oğurlanan sərvətlərimizə sahiblənməliyik. Höte göstərirdi ki, azadlıq və yaşamağa o adamlar layiqdir ki, hər gün onların uğrunda mübarizə aparır. “Təməl ehtiyac” olan Azadlıq üçün biz ilk növbədə bizi müti, qorxaq edən Qorxulardan xilas olmalıyıq.

Monteqneyə görə bütün bəlalardan daha bəlalı bir yanı vardır Qorxunun. Qorxu ölümdən daha amansız, daha zorlu bir bəladır, bu bəla insanın içinə sindimi, asanlıqla çıxmaz. Ancaq bunu Qorxunun üstünə gedərək onu yenə bilərik.

Nə yazıq ki, biz bu gün çeşidli Qorxularla əhatələnmişik. Repressiv aparatın gizli əlləri görünən-görünməyən vasitələrlə hər birimizi təhdid altında saxlayır. Bu təhdidlər kimimizi işimizi, kimimizi azadlığımızı, kimimizi də yaxınlarımızın həyatı təhlükəsi Qorxusu Altinda iflic vəziyyətinə salıb. Bu bəladan necə qurtulmalıyıq deyə çabalasaq da bir çıxış yolu tapa bilmirik… Çıxış yolu isə ürəyimizi, mənliyimizi əsir etmiş Qorxudan qurtulmaqdır. Yoxsa, gələcək nəsillərə miras qoyduğumuz bu Qorxunun fəlakətli nəticələri ilə üz-üzə qalmalı olarıq. Yetişdirdiyimiz bu Qorxaq nəsil bizdən miras aldıqları Qorxunun təsiri altında nə yurdunu, nə sərvətini nə də mənliyini qoruya bilər. Cəsarətini, İgidliyini Mənliyini itirmiş millət isə əvvəl- axır: “…başqa millətlərin ovu olur”.

Boş yerə deməmişlər ki, Qorxaq bir Millətin boynuna əsarət zənciri keçirmək daha asandır…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR