Serbiyada Novruz bayramı qeyd edilib

17:05 21-03-2019 | icon 61 | Cəmiyyət
Serbiyada Novruz bayramı qeyd edilib

Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Belqradda keçirilən “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun sədri və üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

Əvvəlcə Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbriki oxunub.

Sonra Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Novruz bayramı münasibətilə səfirliyin qonaqlarını, Serbiyada yaşayan həmvətənlərimizi və Novruz bayramını qeyd edən xalqları təbrik edib.

 

Tədbirdə “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Belqradda səfərdə olan, Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, usta aşpaz Ziya Şahbazovun hazırladığı milli yeməklərimizdən ibarət bayram süfrəsi açılıb, Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça və səmənilər düzülüb.

 

Daha sonra Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Katarina Rakiç çıxış edərək milli bayram münasibətilə Azərbaycan xalqını təbrik edib və firavanlıq arzulayıb.

Mərasim milli musiqi və rəqslərlə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır