“Bəzi məmurların əmlakının müsadirəsi gözlənilir”

17:54 05-10-2017 | icon 542 | Sosial
“Bəzi məmurların əmlakının müsadirəsi gözlənilir”

“Müxalifət liderlərinin də çoxunun xaricdə villası, əmlakı da var”

Bəzi məmurların müxtəlif xarici ölkələrdə dəyəri milyonlarla hesablanan daşınmaz əmlaka sahib olması ilə bağlı ölkə mətbuatında zaman-zaman müxtəlif infomasiyalar yer alıb. Əgər deyilənlər doğrudursa, həmin əmlakların dövlətin xeyrinə müsadirə edilməsi reallaşa bilərmi?
 
Versus.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O, bu istiqamətdə ciddi addımlar atmağın zəruri olduğunu vurğulayıb:
 
“Azərbaycanlı məmurların xaricdə çoxlu sayda əmlaklara malik olması yeni informasiya deyil. Bəzi məmurlar bunu özləri də etiraf edir. Məsələn, bir neçə il bundan öncə o zaman kənd təsərrüfatı naziri vəzifəsində çalışan İsmət Abbasovun xaricdə, Böyük Britaniyada evinin olduğu bildirilmiş, bununla bağlı şəkil də ortaya qoyulmuşdu. Abbasov bunu danmadı. Bildirdi ki, onun orada övladı yaşayır və bu olmalıdır. Bu, onlara elə gəlir ki, olmalıdır. Əslində isə olmamalıdır. Çünki bu, xalqın sərvətidir. Bir çox nazirin, komitə sədrinin də bu cür əmlakları var. Ziya Məmmədov və digər nazirlər haqqında ölkə mətbuatında yazılanlar da hamıya bəllidir.
Məndə olan məlumata görə, ölkə başçısı bu cür məmurlarla bağlı ciddi addımlar atıb. Müəyyən tapşırıqlar verilib. Yoxlamalar gedir. Bəzi məmurların əmlakının müsadirəsi gözlənilir. Bununla yanaşı qeyd etməliyəm ki, Azərbaycanda siyasətlə məşğul olan şəxslərin də xaricdə mülkləri var. Əgər həqiqəti deyiriksə, hərtərəfli deməliyik. Yoxsa xalq bizə inanmaz.
Müxalifət liderlərinin də çoxunun övladı xaricdədir. Onların xaricdə villası da, əmlakı da var. Bəzilərinin isə hətta Pekində supermarketi var.
 
İcra başçısı tanıyıram ki, Almaniyanın Kölnşəhərində ermənilərlə böyük xəstəxana açıb. Bu, dəyəri milyonlarla ölçülən layihədir. Bu da ortaya çıxmalıdır. Nazirlərin, icra başçılarının həm xaricdə, həm də daxildəki əmlakı siyahıya alınmalı, prezidentin stolunun üstünə qoyulmalıdır.
 
Özünü “dədə müxalifəti”, “bacı müxalifəti” adlandıran, ermənilərin qaynatası olan müxalifət təmsilçilərinin də xaricdəki mülkləri müəyyən edilməlidir. Bu faktlarla bağlı cinayət işi qaldırılmalıdır. Prezidentin nəzarəti altında olan bir fond yaradılmalıdır. Həmin fonda daxil olan vəsait isə təhsilin, səhiyyənin inkişafına, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilməlidir. Bu, xalqın da rəğbətinə səbəb olar”.
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür