20 ildən sonra

18:27 24-03-2019 | icon 488 | Cəmiyyət
20 ildən sonra

Erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək

 

 

"Erkən uşaqlıq dövrü ilə bağlı bu gün gördüyümüz işlər gələcəkdə öz faydasını göstərəcək. Hesab edirəm ki, 20 ildən sonra Azərbaycanda bu istiqamətdə daha müsbət nəticələr əldə olunacaq".

 

Versus.Az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. Onun sözlərinə görə, erkən uşaqlıq dövrü uşaqların sonrakı inkişafı üçün də mühüm əhəmiyyət kəsb edərək onların nailiyyətlərinə çox böyük təsir edir.

 

UNICEF rəsmisi hesab edir ki, həmin dövrün düzgün qurulması uşaqların gələcəkdə fiziki sağlamlığına, məşğulluğuna müsbət təsir edir. Eyni zamanda, ölkədə yoxsulluğun azaldılmasına öz bəhrəsini verir.

Erkən uşaqlıq dövrünün inkişafına uşaqların həm qidalanması, həm sağlamlığı, həm də əqli, psixoloji inkişafının daxil olduğunu nəzərə çatdıran E.Karvardin bildirib ki, bununla bağlı valideynləri məlumatlandırmağı düşünürlər:
 

"Erkən uşaqlıq dövrünün inkişafı ilə bağlı kifayət qədər səy göstərmişik. Biz bu məsələ ilə əlaqədar valideynlərin maarifləndirilməsini də düşünürük ki, onlar özləri övladlarına hərtərəfli və düzgün qayğı göstərə bilsinlər. Bu, yalnız sağlamlıq deyil, onların psixoloji, əqli inkişafı baxımından da nəzərdə tutulur. Məqsəd erkən uşaqlıq dövründə kompleks inkişafa nail olmaqdır".

 

2019-cu ildə erkən uşaqlıq dövrü ilə bağlı fəaliyyətlərini davam etdirəcəklərini deyən E.Karvardin qeyd edib ki, bu il Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv şəkildə cəmiyyətdə iştirak etməsi, yeniyetmə və gənclərin cəmiyyətdə fəal olması üçün liderlik bacarıqlarının yüksəldilməsi istiqamətində də işlər aparılacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR