Partiyalar arasında əməkdaşlıq müqaviləsi imzalandı

18:13 25-02-2018 | icon 812 | Siyasət
Partiyalar arasında əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycanda səfərdə olan İraq  Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevlə görüşüb.

ALDP Mətbuat Xidmətindən versus.az-a verilən məlumata görə, partiyanın qərargahında baş tutan görüşdə partiyalar arası əməkdaşlıq məsələləri müzakirə olunub. ALDP sədri F.Əliyev bildirib ki, İraqda yaşayan türkmənlər azərbaycanlıların qan qardaşlarıdır:

“Regionda baş verən məlum proseslərin türkmən qardaşlarımızdan yan keçmədiyi və onların başlarına gətirilən müsibətlərdən xəbərimiz olsa da, bu vaxta qədər onlara mənəvi dəstək ola bilməmişik. Türkmənlərlə bağlı məlumatları yalnız beynəlxalq mətbuatdan izləmişik. Ümid edirəm ki, bundan sonra aramızda yaranacaq isti əlaqələr bizim İraq türkmənlərinin həyatı ilə yaxından maraqlanmağımıza stimul verəcək”.

Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ALDP sədri ilə ilk görüşdən məmnun qaldığını bildirərək, bu əlaqələrin gələcəkdə daha geniş formada davam edəcəyinə əminliyini vurğulayıb:

“Azərbaycana çoxdan gəlmək arzumu nəhayət, bu dəfə reallaşdırdım. Bakı düşündüyümdən də əzəmətli şəhərdir, hətta mən Avropanın ən möhtəşəm şəhərlərindən də üstün tuturam”.

Qeyd edək ki, ALDP ilə Türkməneli Partiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. F.Əliyev qonaqlara xatirə hədiyyələri təqdim edib.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır