“Bütün məktəblər üçün vahid formanın qəbulu düzgün deyil, çünki....” – Etiraz

18:53 01-04-2019 | icon 457 | Təhsil
“Bütün məktəblər üçün vahid formanın qəbulu düzgün deyil, çünki....” – Etiraz

 

Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid  geyim forması tətbiq edilə bilər. Bu,müddəa Mili Məclisin sonuncu plenar iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

 

Versus.Az xəbər verir ki, təhsil eksperti Məlahət Mürşüdlü bu qanunun doğru olmadığını düşünür:

“Bu, şagirdin, valideynin seçim hüququnun pozulmasıdır.Sovet dövründə olduğu kimi, müstəqil dövlətimizdə də,  belə qanunun qəbul olunması ürəkaçan deyil.Məktəbin pedaqoji  kollektivi də şagirdlərlə bərabər, vahid forma seçsələr, daha yaxşı olar. Lakin, bunun ümumrespublika halını alması müsbəthal deyil.Məktəblər öz formalarını özləri seçsələr, bu, demokratik tələblərə uyğun davranış sayılar.

Gənc şagirdə azadlıq verilməlidir ki, o, gələcəkdə də düzgün şəkildə qərar qəbul etsin.Fərqli formaları görmək insanın göz zövqünüoxşayır, həm də belə olduqda məktəblər bir-birindən seçilir. Forma vacibdir,çünki bu zaman şagird özünü evdə deyil, daha ciddi müəssisədə hesab edir.

Bir məktəbdə isə vahid formanın olması vacibdir.Çünki, bu sosial fərqləri aradan qaldırır.Kasıb və varlı məfhumu aradan götürülür,iqtisadi fərqlər görünmür.Əgər, vahid forma olmasa, bu, şagirdin psixologiyasına da, təsir edər.Ona görə də geyim forması vacibdir.

Təlimin keyfiyyətinə gəldikdə isə,  bu forma ilə yox, şagirdin daxili xüsusiyyəti və istedadı ilə bağlıdır”.

Millət vəkili Asim Mollazadə açıqlamasımda bildirib ki, bu aztəminatlı ailələrin xərclərinin azalmasına səbəb olacaq:

“Yaxşı olardı ki, müvafiq aztəminatlı ailələrin xərcləri Təhsil Nazirliyi tərəfindən qarşılansın.Əgər, belə bir vahid forma qəbul olunsa, bu sosial gərginlikləri aradan qaldırar.

Korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında isə böyük çevrililş yarada bilər.Təhsil Nazirliyi bu istiqamətdə  nəzarəti gücləndirməlidir”. /azedu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR