Uşaqların estetik zövqü oxşanmalı...

14:43 03-04-2019 | icon 725 | Köşə
Uşaqların estetik zövqü oxşanmalı...

Mənasız dialoqlar, uyğunsuz kostyumlar və sair...

 

 

ÜLVİYYƏ ABIŞOVA

 

Qınamaq asandır. Hamı övladını rus dilində oxudanları qınayır. Və sair və ilaxır. Mən də dəfələrlə qızımın yaşına, dünyagörüşünə uyğun AZƏRBAYCAN yazıçılarının əsərlərini axtarmışam. Amma necə deyərlər, nafilə. Türklər demiş, "nerdee". Mehriban xanım demiş, ya "Tıq-tıq" xanım olacaq, ya buna bənzər nəsə...

 

Rus ədəbiyyatını sevirəm, hələ də onların sırf təbiət təsvirli hekayələrini oxuduqca təbiətə aşiq olmamaq imkansız. Sevgi aşılaya bilirlər öz diyarlarına, təbiətlərinə, dillərinə, mədəniyyətlərinə. Həmçinin tərbiyəvi kiçik həcmli əsərləri "N" qədər. İstər klassik, istər müasir...

 

Könül istər ki, bizdə də azyaşlı uşaq ədəbiyyatında durum elə olaydı ki, övladlarımız öz yazıçılarımızı oxuduqca oxumaq istəyəydi. Bəlkə də müasir, gənc yazarlarımızın əsərləri var, amma satış nöqtələrində tez-tez rast gəlmək olmur. Və ya hər birində olmur. Uşaq rəflərində əsasən bizim "Poçt qutusu" və bu səpkidə hekayələrimizdir. Amma mən bu və bu səpkidə əsərləri qızıma bu yaşında oxutdurmaq istəmirəm. Hər yaşın öz ədəbiyyatı olmalı.


Təəssüf ki, belə çatışmazlıq həmçinin uşaq tamaşalarımıza da aiddir. Uşağı azərbaycan dilində bir neçə dəfə tamaşaya aparandan sonra vaz keçdim. Niyə? Çünki səhnədən aşılanmamalı danışıq tərzi, aşılanmamalı düşüncə tərzi ötürülür uşaqlara. Tamaşaçıların uşaqlar olduğu nəzərə alınmadan səviyyəsiz, mənasız dialoqlar səsləndirilir. Kostyumlar da həmçinin, uyğunsuzluq, bərbad.

Bir dəfə "Çirkin ördək balası" tamaşasından sonra yazmışdım. Tamaşanın sonunadək Xavər ördək balasına "o ördək balası deyil, quzudu" dedi. Hələ səhnədən "başıbatmış ər" qeybətləri və sair...

 

Son zamanlar bəlkə daha keyfiyyətli tamaşalar qoyulur uşaqlar üçün, yalan deyərəm. Varsa, böyük məmnuniyyətlə apararam.


Bu yaxınlarda iki yerli və xeyli də vəsait xərclənmiş, reklam olunmuş tamaşa oynanıldı yeni səhnələrəmizdən birində - Bakı Konqres mərkəzində. İlkinə apardım qızımı. Maraqla və sevinclə, nəhayət gözəl bir tamaşa görərik azərbaycan dilində - deyə. Razı qaldımmı? İndi də ingilislər demiş "so-so", yəni orta. Dekorasiyalar, kostyumlar fəna deyildi, kostyumlardan da daha çox dekorasiya xoşuma gəldi. Di gəl ki, Tıq-Tıq xanım kim olsa, yaxşıdır - "Sevimli aktrısamız" Ülviyyə Əliyeva - tanımayanlar üçün dəqiqləşdirim - Toppuş bacının Keyxanımı. Aktrisa kimi bəlkə də gözəl aktrisadır, amma yerində. O boyda Tıq-tıq xanım olmamalı, yoxdurmu daha gənc və incə aktrisalarımız, ki, bu rola yaraşsın, uşaqların estetik zövqünü oxşasın.

 

Aktrisa rola uyğun seçilməlidir məncə, başqa meyarlarla deyil (bu rolu ona verəndə hansı meyara əsalanılıb- onu bilmirəm). Tamaşanın uşaqlara ən çox xoş gələn tərəfi şou hissəsi oldu - toplar zala atılanda tutmağa çalışdıqları məqamlar. Yəni məğzi deyil tamaşanın, uşaqların aktiv olduğu hissəsi. Tamaşa özü maraqlı gəldimi? Mənim qızım yarıda artıq darıxdığını deyirdi...

 

Niyə sırf qızımın fikrini yazdım, çox tamaşalara getdiyi üçün. Tamaşaya ilk dəfə və ya çox az gedən kiçik tamaşaçılar üçün bəlkə də çox maraqlıydı, amma artıq "təcrübəli" tamaşaçılar daha gözəl və məzmunlu tamaşalar istəyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR