“İkitərəfli çərçivə sazişində mütləq Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır”

18:40 25-02-2018 | icon 803 | Siyasət
“İkitərəfli çərçivə sazişində mütləq Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır”

 

“Sazişdə qarşılıqlı maraqlar təmin olunmalıdır. Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq ikitərəfli çərçivə sazişində mütləq Azərbaycanın ərazi bütövlüyü tanınmalı və bu maddə sənəddə öz əksini tapmalıdır”.

Bunu Versus.Az-a politoloq Fikrət Sadıqov bu aydan etibarən Azərbaycanla Avropa Birliyi (AB) arasında başlanacaq ikitərəfli çərçivə sazişinin imzalanmasına dair danışıqların yeni mərhələsi və bu istiqamətdəki gözləntiləri barədə şərhində bildirib:

“Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlar uzun müddətdir davam edir. Biz ilkin sazişlə imza atmadıq. Çünki o sənədə Azərbaycanın ərazi bütövlüyü haqqında maddə salınmamışdı və ora maraqlarımıza zidd maddələrin salınmasına iddia edilirdi. Lakin bizə nəyisə diqtə və təzyiqlə qəbul etdirib, nəyəsə imza atdırmaq olmaz”.

Politoloq hesab edir ki, indiki mərhələdə Avropa İttifaqı Azərbaycanın onun yanında olmasında daha çox maraqlıdır. Çünki indiki geosiyasi və qarşıdurma şəraitində Rusiya qazından imtina edilib və biz Avropanı enerji ilə təmin etməklə enerji təhlükəsizliyini qoruyuruq:

“Danışıqlar mürəkkəb mərhələni adlayaraq, artıq axırıncı fazaya adlayıb. Düşünürəm ki, yaxın gələcəkdə məsələ müsbət həllini tapacaq”.

Politoloq bildirib ki, hazırda Azərbaycanın Avropa Birliyinə daxil olan bir çox ölkələrlə ikitərəfli münasibətləri var və konstruktiv səviyyədə inkişaf edir. Biz bu müqavilələr əsasında münasibətlərimizi inkişaf etdiririk. Avropa İttifaqının Azərbaycana münasibətinə gəlincə, F.Sadıqov bir sıra məsələlərin hələ də öz həllini tapmadığını qeyd edib:
“Saziş imzalanmayana qədər mübahisəli məsələlər asılmış qalacaq”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR