Tələbə və şagirdlər üçün yazı müsabiqəsi

15:46 05-04-2019 | icon 650 | Təhsil
Tələbə və şagirdlər üçün yazı müsabiqəsi

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin Konfutsi İnstitutu ilə birgə Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə “Çin və Azərbaycan tərəfdaşlığı” mövzusunda yazı müsabiqəsi elan edir.

 

Müsabiqə Azərbaycan-Çin əlaqələrinin ikitərəfli uğurlu əməkdaşlığının, mədəniyyətlərinin, tarixlərinin, uğurlu strategiyalarının tələbə və şagirdlər arasında təbliği, təşviqi məqsədilə həyata keçirilir.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Mir Cəlal adına hekayə müsabiqəsinin qalibi yazıçı-jurnalist Şahin Sərdarlıdır.

 

Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır:

Ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafında rolu; Azərbaycan-Çin tərəfdaşlığında prezident İlham Əliyevin xidməti; Azərbaycan və Çin mədəni irsinin UNESCO-da təbliği, Mehriban xanım Əliyevanın müstəsna fəaliyyəti və uğurlu əməkdaşlıq strategiyası; Azərbaycan-Çin tərəfdaşlığının tarixi; Tarixi İpək yolunun bərpası, “Bir kəmər, bir yol” strategiyası; Çin və Azərbaycan ədəbiyyatı: Çin ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından Çin dilinə tərcümələr.

 

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer – 1 nəfər – notbuk;

II yer – 2 nəfər – netbuk;

III yer – 3 nəfər – planşet;

Həvəsləndirici mükafat – 4 nəfər – mobil telefon.

 

Qiymətləndirmə meyarları:

– mövzuların əhatə olunması, araşdırma və əsaslandırma;

 – materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

– yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;

– müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi.

 

Müsabiqədə iştirak üçün şərtlər və yazıların təqdim edilməsi:

Müsabiqədə yalnız ali, orta və ümumi təhsil müəssisələrində təhsil alan şəxslər qatıla bilər;

Müsabiqəyə təqdim olunan yazı 8000 (səkkiz min) işarədən artıq olmamalıdır;

Yazı “Word” faylında “Times New Roman” şriftində 12 ölçü ilə tərtib olunmalıdır.

 

Müsabiqəyə təqdim olunmalıdır:

Yazı təqdim edən şəxs haqqında geniş məlumat (Ad, Soyad, Ata adı, təhsil aldığı müəssisə (ali təhsil alırsa, ixtisası, kursu), sinfi, əlaqə vasitələri (e-mail, mobil telefon), yaşadığı yer və s.).

Təqdimat zamanı müsabiqə şərtlərindən hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul olunmayacaq.

 

Qeyd: Müsabiqəyə yazılar yalnız “[email protected]” elektron ünvanına göndərilməlidir. Yazılar 31.05.2019-cu il tarixinədək təqdim edilməlidir. Müsabiqənin mükafatlandırma mərasimi Çinin milli bayramı – Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü günündə (25 Sentyabr 2019-cu il) Azərbaycan Dillər Universitetinin Akt zalında baş tutacaqdır. Tədbir haqqında əlavə məlumat veriləcək.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR