Aprel döyüşünün qəhrəmanı: Onu sursatı qurtarandan sonra vurmuşdular

15:14 06-04-2019 | icon 735 | Şəhidlər və şahidlər
Aprel döyüşünün qəhrəmanı: Onu sursatı qurtarandan sonra vurmuşdular

Versus.Az milli.az-a  istinadən "Aprel" döyüşçüsü Qazi Sərxan Məmmədovun sosial şəbəkədə şəhid Məhəbbət Mirzəyev haqqında yayılan xatirələrini təqdim edir:

"Aprelin 5-i atəşkəs elan edildi, Bir neçe gündən sonra neytral sahələrdə qalan şəhidlərimizin nəşini götürməyə getdik

Ermənilər bizi görəndə, qorxurdular, çox solğun və əzgin görünürdülər, Kəşfiyyatçımız Əliağa Zeynalovla aldığımız koordinata əsasən hərəkət etməyə başladıq .

Biz 5 nəfərlik dəstə və iki nəfər istehkamçı ilə hərəkətə keçdik

Çünki minalanmış sahələrdə istehkamçı olmadan keçmək mümkün deyildi. Bizimlə gedən Əliağa Zeynalov dedi ki, ürəyimə damıb ki, burada kimsə var, bunu hiss edirəm.

Birdən ordumuzun əfsanəsi, kobrası və cəsuru xüsusi təyinatlımız gizir Məhəbbət Mirzəyevin papağını gördük. Ətrafda ağaclar və aşağıda yulğunluq var idi.

Onu ağacların dibində tapmadıq. Bir az aşağı, erməni səngərinə düşdük. Elə bu zaman Ceyhun Alcanov dedi ki, ağacın altında kimsə var. Baxdıq ki, ağacın altında çəkilib oturub, özüdə erməni səngərinə tərəf baxır. Baldırından yaralanıb, özü də yarasını bağlamışdı. Ancaq ikinci yarasını başından almışdı. Əllərini sinəsində cütləyib çarpazlamışdı. Yəqin ki, onu sursatı qurtarandan sonra vurmuşdular.

Çünki yanında bir dənə də olsun gülləsi qalmamışdı. Biz onu götürməyə yaxınlaşanda, komandanlıqdan bizə dedilər ki, erməni tərəfdə narahatlıq var, siz neytraldan çox irəliyə keçmisiniz. Çünki həmin vaxt Qırmızı Xaç Komitəsinin üzvləri ilə birlikdə idik, təlimata görə onlarla birlikdə olanda, heç bir tərəf atəş açmamalıdır. Dərhal onu xərəyə qoyub, ərazidən uzaqlaşdırdıq."

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır