ABŞ özünü Ayın sahibi elan etdi

12:34 10-04-2019 | icon 624 | Dünya
ABŞ özünü Ayın sahibi elan etdi

Ayın tədqiqatı üzrə beynəlxalq əməkdaşlıq yalnız ABŞ-ın rəhbərliyi altında mümkündür.

 

Versus.Az  xəbər verir ki, bu haqda “Fox News” telekanalına Amerika Milli Kosmik Agentliyinin (NASA) başçısı Cim Braydenstayn bildirib.

 

“Yalnız bir ölkə astronavtların Aya qayıdışının təminatı üçün koalisiyanı yaratmağa qadirdir. Bu, ABŞ-dır”, - o deyib.

 NASA-nın başçısı əlavə edib ki, indi ABŞ Aya orada qalmaq üçün qayıdacaq. Həmçinin, Braydenstayn Ayın resurslarından istifadə üçün beynəlxalq partnyorlarla qarşılıqlı əməkdaşlığa ehtiyac olduğunu xatırladıb.

Ötən ay ABŞ-ın vitse-prezident Mayk Pens bildirib ki, ABŞ prezidenti Donald Tramp Amerika NASA-dan amerikalıları ən yaxın beş ildə Aya göndərməyi tələb edib.

 

NASA üçün 2020-ci il büdcə layihəsində deyilirdi ki, ABŞ 2028-ci ilə kimi amerikalılar yenidən Aya göndərməyə ümid edir. Ay orbitində stansiyanın tikintisinin 2022-ci ildə başlanması planlaşdırılır və stansiyaya ilk idarə edilən uçuş 2024-cü ildə nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR