"Sayca necənci “xalq hərəkatı” olduğu bəlli deyil"

17:38 06-03-2018 | icon 652 | Siyasət
"Sayca necənci “xalq hərəkatı” olduğu bəlli deyil"

Həqiqi Xalq hərəkatı millətin inana biləcəyi liderlər ortada olduqda mümkündür

KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

İclasa sədrlik edən Ə.Orucun verdiyi məlumata görə Əməkdaşlıq Mərkəzi Məmməd Əmin Rəsulzadənin vəfatının 63-cü ildönümü ilə bağlı onun xatirəsini ehtiramla yad edib.

Əməkdaşlıq Mərkəzi bildirib ki, növbədənkənar prezident seçkiləri elan olunduqdan dərhal sonra milli demokratik platformada olan bütün siyasi partiyalara o cümlədən AXCP və Musavata seşkilərlə bağlı mövqelərin əlaqələndirilməsi, birgə fəaliyyət üçün müraciət olunub, konkret görüşlər keçirilib. Bu partiyalar birgə fəaliyyətdə maraqlı olmadıqlarını nümayiş etdirib, bu məsələnin müzakirəsinə belə qatılmayıb. Biz hesb edirik ki, ölkədə hər gün demokratiyanın çərçivəsinin daraldığı, əksər siyasi partiyaların, ictimai təşkilatların və mətbuat oraqnlarının prezident aparatının uzantısına çevrildiyi bir zamanda, bütün demokratik qüvvələrin birgə fəaliyyətinə zəruri ehtiyac olduğu anda AXCP və Musavatın müxalifəti parçalamağa, yalnız bir neçə təşkilatın birgə fəaliyyətinə yönəlik addımları doğru deyil. Bu partiyaların milli demokratik düşərgədə olan siyasi qüvvələri parçalamağa yönəlik addımlardan sonra “xalq hərəkatı” elan etmək kimi fəaliyyətləri qeyri-ciddi təsir bağışlayır. Bu aksiya AXCP və Musavatın son 25 ildə elan etdiyi sayca necənci “xalq hərəkatı” olduğu bəlli deyil. Bu cür aksiyalar son nəticədə hakimiyyətə demokratiya dekorasiyası yaratmağa xidmət edir, hakimiyyətin daha da güclənməsi, müxalifətə inamın azalması ilə nəticələnir. Həqiqi Xalq hərəkatı ideyalar əsasında, millətin inana biləcəyi liderlər ortada olduqda mümkün ola bilər.

Əməkdaşlıq Mərkəzi İsa Qəmbərə can sağlığı diləyib, tezliklə sıralarımıza qayıdıb demokratiya və sivil cəmiyyət uğrunda mübarizəni birgə aparmaq arzusunu bildirib.

Əməkdaşlıq Mərkəzi 8 Mart qadınlar günü münasibətilə bütün xanımları təbrik edb, hakimiyyətin antimilli mahiyyətindən ən çox xanımların əziyyət çəkdiyini bildirib, bu əziyyətlərin tezliklə qurtarmasını arzulayıb.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR