Milli parklarda "açıq qapı" günü olacaq
“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Versus.Az-a verdiyi məlumata görə, həmin günlərdə ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək:
"Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir. Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyirsinizsə, milli parklarımıza səyahət edin. Milli parklara səyahət etməklə siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz".
GÖZƏL
Versus.Az
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"