Tərcüməçi-jurnalist Akif Qəhrəmanlının anım mərasimi keçirilib

13:54 29-04-2019 | icon 596 | KİV
Tərcüməçi-jurnalist Akif Qəhrəmanlının anım mərasimi keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış tərcüməçi-jurnalist, bir il əvvəl dünyasını dəyişmiş Akif Qəhrəmanlının anım mərasimi keçirilib.

 

MŞ-dan Versus.Az-a verilən məlumata görə, toplantıda mərhum qələm sahibinin həmkarlarının və dostlarının xatirələrindən ibarət “Mən sabah da varam” toplusu ictimaiyyətə təqdim edilib.

 

Mərasimi giriş sözü ilə açan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bildirib ki, əmək fəaliyyətinə adi fəhləlikdən başlamış A.Qəhrəmanlı ali filoloji təhsildən sonra uzun illər ölkənin ən nüfuzlu media qurumları olan AZƏRTAC-ın, “Xalq qəzeti”nin, Azərnəşr”in, müstəqillik illərində isə Azərbaycan Prezidenti Administrsiyasının tərcümə şöbələrində müxtəlif vəzifələrdə çaılşıb, saysız-hesabsız cari materialı, bir sıra gərəkli mənbəni və populyar kitabları rus dilindən ana dilimizə çevirib.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi İsrafil Qurbanov A.Qəhrəmanlının ötən onilliklərdə milli tərcümə sənətinin aparıcı istiqaməti olmuş rus-azərbaycan dilləri üzrə tərcümə işinin mahir və tanınmış nümayəndələrindən biri olduğunu, onun mətbuatda, nəşriyyatda və ali idarəetmə orqanlarında səmərəli tərcüməçilik fəaliyyətinin vurğulayıb, onunla bağlı xatirəsini bölüşüb.

 

A.Qəhrəmanlı barədə yeni çapdan çıxmış “Mən sabah da varam” xatirələr toplusunun tərtibçisi tədqiqatçı-jurnalist Şəfəq Nasir, tanınmış tərcüməçi-jurnalist Rafiq Savalan, mərhum jurnalistlə birlikdə işləmiş, dostluq etmiş yazarlardan Rafiq Hacıyev, Tahir Aydınoğlu, Əlirza Xələfli, Esmira Şükürova, Teymurşah Xaspoladov, Əntiqə Qonaq, Şəmsiyyə Kərimova və başqaları mərhum həmkarlarının yüksək insani və peşəkarlıq xüsusiyyətlərindən söz açıb, onun xatirəsinin əziz, xidmətlərinin unudulmaz olduğunu söyləyiblər.

 

Tanınmış iqtisadçı və sabiq millət vəkili Eldar Qəhrəmanov qardaşının xatirəsinə göstərilən yüksək ehtirama və qədirbilənliyə görə ailə üzvləri adından Azərbaycan Mətbuat Şurasına və mərasim iştirakçılarna minnətdarlığını bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR