Yazıçı-dramaturq İsi Məlikzadə - 85

09:39 03-05-2019 | icon 440 | Mədəniyyət
Yazıçı-dramaturq İsi Məlikzadə - 85

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı filialı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə “İsi Məlikzadə-85” adlı kitab sərgisi təşkil edib.

 

Baş İdarədən Versus.Az-a verilən məlumata görə, sərgidə yazıçının seçilmiş əsərləri, redaktoru olduğu, haqqında yazılmış kitablar nümayiş olunub.

 

Tədbirdə əvvəlcə yazıçının ömür yolu və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, ədəbiyyatımıza yeni qəhrəman tipi gətirmiş “60-cılar” ədəbi nəslinin nümayəndəsi olan İsi Məlikzadə müasir Azərbaycan povestinin yaradıcılarından biri, gözəl hekayələr müəllifi kimi tanınır. Onun əsərlərindəki özünəməxsus bədii gerçəkləri XX əsr Azərbaycan insanın, onun mənəvi aləmini, əxlaqını və yaşayış tərzini aydın və düzgün əks etdirir.

 

Sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün