Təkrar seçki: Türkiyə ağır şərtlərlə qarşı-qarşıyadır 

01:00 08-05-2019 | icon 601 | Geopolitika
Təkrar seçki: Türkiyə ağır şərtlərlə qarşı-qarşıyadır 

Əvvəllər də Türkiyənin şəhərlərində bələdiyyə seçkilərinin nəticəsinin ləğv edilməsinə rast gəlinib, lakin İstanbulda belə hal heç vaxt baş verməmişdi.

Versus.Az xəbər verirki, bu sözləri axar.az-a  Türkiyə Ali Seçki Qurumunun İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə münasibət bildirən professor Toğrul İsmayıl deyib. O bildirib ki, İstanbul Türkiyə üçün çox əhəmiyyətli olduğuna görə, ASQ-nın qərarı böyük əks-səda doğurub:

“İstanbulda bələdiyyə seçkilərinin ilk dəfə ləğv edildiyini görürük. Ali Seçki Qurumunun seçki nəticələrini ləğv etməsi haqqında verdiyi qərar hüquqi qərardır, buna onun ixtiyarı var. ASQ bu qərarı rahatlıqla verməyib. Onun nə qədər doğru olub-olmadığını isə zaman göstərəcək. Nəticələrin ləğv olunmasıyla əlaqədar etirazlar var, təbii ki, olmalıdır. Hər iki tərəfin bu məsələdə hüquqi haqqı var. İstanbulda tərəflər bölünüb və ciddi mübahisələr olur. Bu şəhəri kiçik rəqəm fərqiylə Əkrəm İmamoğlu qazanmışdı. Məsələ həssas olduğu üçün tərəflər açıq şəkildə bir-birini günahlandırır. Amma burada əsas məsələ yenidən keçirilməsi planlaşdırılan seçkilərin nə dərəcədə şəffaf və demokratik olacağıdır. Həmçinin onun nəticələrinin cəmiyyət və siyasətçilər tərəfindən necə qəbul olunacağı da önəmlidir. Səbirsizliklə iyunda keçirilməsi planlaşdırılan seçkilərin nəticələrini gözləyirik. Ümid edirik ki, qazanan Türkiyə demokratiyası olacaq”.

Ekspert yenidən seçkilərin keçirilməsinin böyük maliyyə tələb etdiyini və bunun da Türkiyə iqtisadiyyatına ciddi təsir edəcəyini bildirib:

“İstanbul Türkiyənin ən böyük meqapolisidir. Sənayenin böyük hissəsi burada cəmləşib və bu şəhərin iqtisadiyyatı Türkiyəyə ciddi şəkildə təsir edir. İstanbula sahib olmaq Türkiyəyə sahib olmaq deməkdir. Hazırda isə Türkiyə iqtisadi böhran yaşayır. Təkrar seçkilərin keçirilməsi böyük maliyyə tələb edir. Buna görə də iyundakı seçkilər iqtisadi olaraq müəyyən yük gətirəcək. Digər tərəfdən seçkilərin ləğv edilməsindən sonra dollar yüksəldi, ölkədə həyəcan yaşandı. Bu qərar dolayı yolla iqtisadiyyata öz təsirini göstərəcək. Hazırda isə seçkilərdən qabaq Türkiyə üçün əsas məsələ iqtisadi böhranın qarşısını almaq və xarici təzyiqləri azaltmaqdır. Türkiyə bu gün ağır şərtlərlə qarşı-qarşıyadır. Ümid edirəm, bunun öhdəsindən gələcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK