Avropa dövlətləri İranın yeni xəbərdarlığına münasibət bildirib

13:58 09-05-2019 | icon 382 | Dünya
Avropa dövlətləri İranın yeni xəbərdarlığına münasibət bildirib

Avropa İttifaqı və bəzi Avropa dövlətləri İranın nüvə sazişi ilə bağlı 60 günlük möhlətini qəbul etmədiklərini bildiriblər.

Versus.Az Reuters-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı və Avropa dövlətlərinin (Fransa, Almaniya, Britaniya) xarici İşlər nazirlərinin birgə bəyanatında deyilib.

Bildirilib ki, Avropa dövlətləri İranın nüvə sazişi haqda yeni addımlar atması ilə bağlı narahatdır və nüvə sazişinin tam olaraq həyata keçirilməsini və gərginliyin artırılmamasını tələb edir.

Avropa dövlətləri bildirib ki, nüvə sazişi çərçivəsində öhdəliklərini davam etdirirlər və sazişlə bağlı hər hansı bir möhlətin verilməsini də qəbul etmirlər.

Qeyd edək ki, İran ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxmasına, sanksiyaları bərpa etməsinə və Avropa dövlətlərinin öhdəliklərinə əməl etməməsinə görə, sazişin iki bəndinin icrasını 60 gün ərzində dayandırdığını bildirib. İran qarşıdakı 60 gün ərzində neftin ixracı və bank məsələləri ilə bağlı tələblərinin həyata keçirilməyəcəyi təqdirdə sazişin digər bəndlərinin icrasını da mərhələli şəkildə dayandıracağı xəbərdarlığını verib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR