Tramp: "Yaxın mənzilli raketlərin sınağı ABŞ və KXDR arasında etibarı pozmur"

11:08 11-05-2019 | icon 436 | Dünya
Tramp: "Yaxın mənzilli raketlərin sınağı ABŞ və KXDR arasında etibarı pozmur"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının yaxın mənzilli raketləri işə salmasını ölkələrin arasındakı etibarı pozması hesab etmir.

 

Versus.Az TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri "Politico" qəzetinə müsahibəsində bildirib.

"Raketlər yaxın mənzilli idi, buna görə mən bunu etibarın pozulması kimi qiymətləndirmirəm", - deyə o bildirib.

Trampın sözlərinə görə, hansısa bir anda o, yenə də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla dostluq münasibətlərinə inamı itirə bilər. "Mümkündür ki, bu, hansısa bir anda ola bilər, amma indi yox", - deyə o əlavə edib.

Daha əvvəl ABŞ prezidenti qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası hakimiyyəti Amerika tərəfi ilə danışıqlar aparmaq istəyir. Amma onun fikrincə, onlar buna hazır deyillər.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizində raket sınaqdan keçirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR