Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb

12:49 15-05-2019 | icon 415 | Dünya
Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb

Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. “CrescentRating” və “MasterCard”ın birgə tərtib etdiyi illik “Global Muslim Travel Index” (GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub.

Versus.Az Azərtac-a istinadən xəbər verir ki, reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya isə ikinci yerdə qərarlaşmışdı.

İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasına Türkiyə (75 bal), Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) daxildir.

Ekspertlər turistlərin rahatlığı, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiyaların səviyyəsi meyarlarını araşdırıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR