Azərbaycanın xarici siyasətinin mühüm əhəmiyyəti

12:00 01-06-2023 | icon 719 | Siyasət
Azərbaycanın xarici siyasətinin mühüm əhəmiyyəti

Arzu Nağıyev: “Azərbaycanın Türkiyə və İsraillə qurduğu dostluq əlaqələri hər kəs üçün bir nümunə olmalıdır”


“Azərbaycanın regional, beynəlxalq səviyyədə apardığı siyasət məhz müəyyən etdiyimiz dostluq, əməkdaşlıq üçün əsas meyyarlardır. Bizim dostluğumuz ən çətin zamanlarımızda da görünüb və heç kəs buna başqa don geyindirə bilməz”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev İsrail prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti və perspektivləri ilə bağlı açıqlamasında bildirib.

 

Deputat bildirib ki, bu gün İsrail prezidentinin ölkəmizə səfəri Azərbaycanın apardığı müstəqil xarici siyasətin mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlir. Onun sözlərinə görə, İsraildə səfirlik açıldıqdan sonra 28 may Müstəqillik bayramı ilk dəfə qeyd olundu. Bundan sonra İsrail prezidentinin Azərbaycana səfəri, bu gün İsrailin müstəqilliyi ilə bağlı səfirliyin keçirdiyi qəbul mühüm əhəmiyyət kəsb edir.

 

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonra Azərbaycan-İsrail münasibəti daim yüksələn xətt üzrə inkişaf edib. O, Azərbaycann müstəqilliyini tanıyan ilk ölkələrdən birinin məhz İsrail olmasını təsadüfi saymayıb. Bunun bir sıra səbəbləri içərisində, həmçinin Azərbaycanda çoxsaylı yəhudilərin yaşamasını və İsraillə qurulan bir sıra hərbi, siyasi, mədəni əlaqələri qeyd edib:

 

“1941-1945-ci il müharibəsində yəhudi əsrlərlə bağlı problemlər yarananda, Azərbaycan müsəlman inancı adı ilə yəhudilərə çox köməkliklər edib. Bunu onlar unutmayıb. Stalinin repressiyası vaxtı bu ölkələrin bir-birinə qarşılıqlı yardımları olub”.

 

Deputat vurğulayıb ki, bu gün İsrail prezidentinin Azərbaycana səfəri, eyni zamanda cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin bariz nümunəsi və nəticəsidir:

 

“Azərbaycanın yürütdüyü siyasət - Türkiyə, İsrail dövlətləri ilə qurduğu dostluq əlaqələri hər kəs üçün bir nümunə olmalıdır. Bu dostluğu qəbul etməyən dövlətlər düşünürdülər ki, Azərbaycan heç vaxt İsraildə səfirlik açmaz. Bizim öz müstəqil xarici siyasətimiz var və bu, özünü paralel olaraq Fələstində də nümayəndəliyimiz açılması ilə nümayiş etdirdi. İstər İran, istərsə də digər ərəb ölkələri bunun şahidi oldular”.

 

A.Nağıyev bildirib ki, Azərbaycanın gələcək perspektivi həm də ən müasir texnologiyalardan istifadədir. Onun sözlərinə görə, İsraillə səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizliklə bağlı yeni əməkdaşlıqların qurulması, İsrailin quru səhralarda yaratdığı təsarrüfatın texnologiyalrının öyrənməsi ölkəmiz üçün əhəmiyyətlidir:

 

“Kibertəhlükəszilik, terrorla münbarizədə İsrail xüsusi xidmət orqanları yüksək imkanlara malikdir. Eləcə də, elm, yeni innovasiyalar sahəsində mübadilələrin olması mühüm məsələdir və bu əməkdaşlıq yalnız sülh və inkişafa xidmət edə bilər.” /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR