"Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq"

13:58 24-05-2019 | icon 429 | Gündəm
"Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq"

Respublika günü ərəfəsində Cümhuriyyəti quranlar hamılıqla minnətdarlıq hissi ilə yad edilir, xalqımız azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşir, dövlətçiliyə sədaqətini ifadə edir.

 

Versus.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov sosial şəbəkədəki paylaşımda qeyd edib.

 

Ə.Əhmədov bildirib ki, 101 il əvvəl qurulmuş, az yaşasa da ənənələri onun layiqli varisi olan Azərbaycan Respublikası tərəfindən yaşadılan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq:

 

“Qürurla qeyd etmək yerinə düşər ki, Xalq Cümhuriyyətinin ideyaları və ənənələri ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti tərəfindən nəinki qorunur və yaşadılır, həm də daha yüksəklərə qaldırılır. Şübhə etmirəm ki, Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər, çünki onların və bütün xalqımızın arzuları müstəqil dövlətimizin mövcudluğunda və fəaliyyətində özünün təcəssümünü tapır.

Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri olduğunu bütünlüklə təsdiq edə bilmişdir. Müstəqillik, müasirlik, tərəqqi, hürriyyət kimi ümumbəşəri ideyalar dövlətimizin təməl prinsipləri olaraq vətəndaşların xidmətindədir.

 

100 il əvvəl Cümhuriyyət qurucuları Azərbaycanın müstəqilliyinin tanıdılması uğrunda mübarizə aparırdılar, indi Azərbaycan özünün dövlət müstəqilliyini qəti şəkildə təsdiq edib. 100 il əvvəl beynəlxalq güclər Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar, indi Azərbaycanın bütün təbii sərvətləri xalqımızın mənafeyinə xidmət göstərir.

İndi Azərbaycan nümunə göstərən bir ölkədir. Yüksək inkişaf nümunəsi, əminamanlıq nümunəsi, tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib. 100 il əvvəl müstəqil yaşamağa haqqı olduğunu sübuta yetirməyə çalışan bir xalq və onun müstəqil dövləti indi dünyaya nümunə göstərir. Çünki müstəqillik və dövlətçilik etibarlı əllərdədir.

Respublika günümüz mübarək olsun!”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür