Sevindik Nəsiboğlunun sevə-sevə ərsəyə gətirdiyi kitabdakı İŞIQ

11:57 16-12-2023 | icon 663 | Cəmiyyət
Sevindik Nəsiboğlunun sevə-sevə ərsəyə gətirdiyi kitabdakı İŞIQ

O, DAMM-ın Gənclər Birliyinin sədr müavini seçildi və ardıcıl ədəbi uğurlarına görə “İsa Muğanna” adına diplomla təltif edildi

 

Dünən, yəni dekabrın 15-də xəbər tutan hər kəs məktəbli şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimatına toplandı. Sevindik Nəsiboğlunun sevə-sevə ərsəyə gətirdiyi bu kitab maraqla qarşılandı. Sanki hər kəs həmin gün sözün əsl mənasında Ulu Öndərin işığında birləşdi...

 

Versus.Az xəbər verir ki, “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan təqdimatda filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Zəfər Yolu” İctimai Birliyinin rəhbəri Pərvanə xanım Salmanqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB sədri Elçin Axundzadə, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova, DAMM-ın ekspertlər şurasının rəhbəri Nəzakət xanım Əhmədova, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, kitabın müəllifinin sinif rəhbəri Aynurə xanım Zeynalova, qazi Ramiz Yusubov, qazi İsa Musayev, “Gün.az” saytının baş redaktoru Rəsmiyyə xanım Heybətağaqızı və başqaları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi...

 

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açaraq, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın rifahı naminə görülən mühüm işlərdən geniş bəhs etdi.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Eldarqızının aparıcılığı ilə davam edən tədbirdə çıxış edənlər gənc yazarın çoxşaxəli yaradıcılığını çoxdan izlədiklərini, onun yaşının az olmasına baxmayaraq böyük işlərə imza atdığını dilə gətirdilər. Çıxışçılar müəllifin yazdığı “Qarabağ Marşı”, “Ata, ruhun şad oldu!”, “Ulu Öndər yadigarı” və şəhidimizə həsr etdiyi “Qarşıla məni, Ana!” adlı şeirlərini səsləndirdilər və ona uğurlar arzuladılar.

 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladova DAMM-ın Gənclər Birliyinin sədr müavinliyi vəsiqəsini müəllifə təqdim etdi.

“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac isə gənc müəllifi ardıcıl ədəbi uğurlarına görə “İsa Muğanna” adına diplomla təltif etdi.

 

Tədbirin bütün iştirakçıları Ulu Öndər Heydər Əliyevin dahi lider olmasından bəhs etdilər və Sevindik Nəsiboğluna yaradıcılığında uğurlar arzuladılar.

 

Gənc müəllif çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdikdən sonra yeni kitabını imzalayaraq qonaqlara hədiyyə etdi.

 

Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını oxucularımıza təqdim edirik:

 

“Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabında Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti LİDER-XALQ, LİDER-VƏTƏN münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, bu kitab oxucuların böyük marağına səbəb olacaq”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR