Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan şəxs

22:34 24-05-2019 | icon 592 | Mədəniyyət
Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan şəxs

Doğum gününüz mübarək, Ramiz Novruz!

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Azərbaycan kinosunun tarixində XX əsr intibah dövrü kimi yadda qalıb. Həmin dövrdə elə filmlər ərsəyə gətirilib ki, qərb ögey münasibət göstərməsəydi, yəqin ki, “Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsənağa Turabov, Yaşar Nuri kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır. 
Kim deyir ki, Azərbaycanda əsl aktyor qıtlığı yaranıb, heç də elə deyil. Hacı İsmayılovun oynadığı “Mustafa” rolu, Rasim Balayevin “Nəsimi”si, Nurəddin Mehdixanlının “Cavad xan”ı məgər dünya standartlarına uyğun deyilmi?..

 

Bu gün mən sizə Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan, istedadı ilə insanların rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. Onun şəxsi keyfiyyətlərindən, siyasi düşüncələrindən xəbərsizəm, amma bir sənətkar kimi yaratdıqlarına söz ola bilməz. Son zamanlar çəkildiyi teleserialda da ifa etdiyi obrazı tamaşaçılara sevdirə bilib. Yeri gəlmişkən, Ramiz Novruz 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlib. 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildən isə Azərbaycan Akademik Milli Dram Teatrında çalışır. Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə əməkdar artist, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alır…

 

Onun “Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı obraz isə bir başqa aləmdir. İkinci cahan müharibəsində qəhrəmancasına döyüşüb, həlak olan general Həzi Aslanovu biz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bu sevgidən ona da pay düşdü. İnsanların ürəyində yuva qurmağı bacardı. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov ilk yada düşür...

Mayın 25-i xalq artistinin doğum günüdür. Onu uzaq Amerika qitəsindən, dəfələrlə “Oskar” mükafatına layiq görülən Leonardo Di Kaprionun vətənindən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.


64 yaşınız mübarək, Ramiz Novruz!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR