Tibb müəssisələri ilə bağlı YENİ QAYDA - Xidmət keyfiyyəti yüksələcək

14:02 30-05-2019 | icon 385 | Sağlamlıq
Tibb müəssisələri ilə bağlı YENİ QAYDA - Xidmət keyfiyyəti yüksələcək

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

 

Versus.Az-ın məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr təklif edilir.

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.

 

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

 

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR