Yer kürəsi «insan erası»na girib

13:53 31-05-2019 | icon 797 | Mədəniyyət
Yer kürəsi «insan erası»na girib

«İnsanlar antroposen adlı yeni geoloji dövrə qədəm qoyublar», – alimlərdən ibarət komissiya bildirir.

Mütəxəssislər bu terminin və sözügedən geoloji dövrün başlandığını qəbul etməkdən ötrü səsvermə keçiriblər. Lakin terminin tam ümumişlək olması üçün hələ bir neçə il gözləmək lazım gələcək», – Daily Mail yazır.

 

Azloqos.eu inopressa.ru saytına istinadla bildirir ki, «Antroposen» termini «insan erası»nı ehtiva edir və onun başlanğıcı retrospektiv olaraq XX əsrin ortalarına – insanların planetə bərpaolunmaz zərərlər vurmağa başladıqları zamana aid ediləcək.

«Hazırda alimlər bu dövrün nə vaxt başladığını və hansı geoloji əlamətlərin onu daha yaxşı xarakterizə etdiyini müəyyənləşdirməyə çalışırlar», – Daily Mail yazır. Həmçinin məqalədə deyilir ki, 1950-ci ildə hidrogen bombasının sınaqdan keçirilməsi də antroposenin başlanğıcını göstərən əsas hadisələr siyahısına daxil edilə bilər: «Həmin sınaqlar nəticəsində ümumdünya geoloji məlumatlarda qeydə alınmış böyük miqdarda radioaktiv maddələr peyda olmuşdu. Həmçinin quşçuluğun sürətli inkişafı və yeraltı yanacaqdan istifadə həcminin artması da antroposenin potensial əlamətləri hesab oluna bilər. Bunların hər ikisi yer üzündə silinməz izlər qoyub».

 

«Məsələ ilə bağlı araşdırmalar aparan mütəxəssislərə Lester Universitetinin əməkdaşı professor Yan Zalaseviç rəhbərlik edir: bu həftə alimlər ilk dəfə rəsmi səsvermə keçiriblər. Terminin qəbul olunması təəccüb doğurmur, çünki 2016-cı ildə o, Keyptaunda keçirilən Beynəlxalq Geologiya Konqresindəki qeyri-rəsmi səsvermə zamanı da təsdiqlənmişdi», -məqalədə vurğulanır.

«(…)Antroposen üzrə işçi qrupu 34 nəfərdən ibarətdi və o, hazırda 2021-ci ildə Stratiqrafiya üzrə Beynəlxalq komissiyanın müzakirəsinə veriləcək təklif üzərində işləyir. Sözügedən komissiya qlobal geoloji zamanın rəsmi şkalasının formalaşdırılmasına nəzarət edir. Təklif müzakirəyə buraxılarsa, antroposen dövrünün tarix dərsliklərinə salınması və rəsmi tanınmasından ötrü daha bir səsverməyə ehtiyac olacaq».

 

Alimlər bir neçə amili əsas tutaraq 1950-ci ildə başlamış dövrü «böyük sürətlənmə» adlandırırlar. Bura – havada karbon qazı, metan və stratosfer ozonunun konsenterasiyası, yer səthinin temperaturu, okeanın turşuluğunun artması (acidification), dəniz balıqlarının ovu və tropik meşələrin azalması, əhali artımı, nəhəng bəndlərin inşası və təxminən, ХХ əsrin ortalarından həndəsi silsilə üzrə genişlənən beynəlxalq turizm daxil edilir.

 

«Əksər mütəxəssislər antroposen erasının başladığı barədə eyni fikirdədilər, amma bu geoloji dövrün təsnifləndirilməsi məsələsi qızğın müzakirə olunur. Aparıcı izaha əsasən, onun başlanğıcı hidrogen bombasının sınaqdan keçirildiyi 1950-ci illərə təsadüf edir. (…) Bəzilərinin fərziyyələrinə görə isə, yeraltı yanacaq, plastmass və ya gübrə qalıqları insan fəaliyyətinin dünyaya necə təsir elədiyinə ən yaxşı örnəkdir.

(…) Bitki və hyevanların invaziv növlərinin sürətlə və genişmiqyaslı yayılmasında müşahidə olunan böyük sıçrayış da bizim növün mirasıdı. Lakin işçi qrupuna, planetin geoloji profilində rast gəlinmədiyi halda yuxarıda sadalanan sferaları nəzərə almağa icazə verilmir, – məqalədə vurğulanır. – Geoloji eraların, dövrlərin, mərhələlərin və yaşların təyini zamanı istifadə olunan meyarlara uyğun gəlməsi üçün qaya süxurları, göl çöküntüləri, buz kerneləri və ya digər bu tip formasiyalarda onların izlərini tapmaq mümkün olmalıdı».

 

Antroposen haqqında danışsaq, professor Zalaseviçin sözlərinə görə, bu, problem deyil. Məsələn, insan tərəfindən yaradılmış mikroplastik, sintetik maddə indi «bütün dünyada- həm quruda, həm də suda – çöküntü komponenti sayılır». Və Atmosferdə CO2 tərkibinin artması yaşı on minlərlə illərə çatan buz kernelərində özünü büruzə verir.

Başqa bir nəzəriyyəyə əsasən, «dünyada toyuqların miqdarının həddindən artıq çoxalması» antroposenin parlaq nümunəsi sayılır. Hesab olunur ki, insanlar ildə 65 milyard toyuq yeyirlər və bu inanılmaz yüksək istehlakın qalıqları sözügedən geoloji dövrün ən yaxşı isbatı ola bilər, – qəzet yazır.

İlk dəfə 2002-ci ildə kimya üzrə Nobel mükafatı laureatı  Pol Krutsen tərəfindən təklif olunmuş «antroposen» sözünü ekoloqlar «böyük neft» əleyhinə birləşdirici şüar kimi qəbul ediblər. Bəzi mühafizəkarlar isə onu, iqlim dəyişikliklərinə qarşı mübarizə siyasəti üçün istifadə olunan aqressiv, iqtisadiyyatı boğan pərdə hesab eləyirlər”, – nəşr bildirir. /musav.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR