Müəllimlərin yerdəyişməsi üçün 5000-dən çox vakant yer ayrılıb

15:49 31-05-2019 | icon 573 | Təhsil
Müəllimlərin yerdəyişməsi üçün 5000-dən çox vakant yer ayrılıb

"Dövlət ümumtəhsil müəssisələrində müəllimlərin yerdəyişməsi üçün 2019-2020-ci tədris ili üzrə 5000-dən çox vakant yer təqdim edilib".

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.

 

M.Camalzadə bildirib ki, hər zaman olduğu kimi yerdəyişmə ilə bağlı ixtisaslar eynidir:

"Bura ibtidai sinif, kimya, biologiya, ingilis dili, musiqi və texnologiya fənni aiddir".

 

Nazirlik rəsmisi əlavə edib ki, yerdəyişmə prosesi yekunlaşdıqdan sonra müəllimlərin işə qəbulu üçün nəzərdə tutulan boş yerlərin sayı məlum olacaq.

O həmçinin vurğulayıb ki, avqustun 26-dan sonra müddətli müqavilə ilə işləmək istəyən müəllimlər üçün elektron sənəd qəbuluna başlanılması planlaşdırılır.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür