QAT ABŞ səfirliyi qarşısında aksiya keçirib

17:04 16-03-2018 | icon 773 | Gündəm
QAT ABŞ səfirliyi qarşısında aksiya keçirib

Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Versus.az-ın məlumatına görə, aksiya iştirakçıları Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın ABŞ səfərinə sərt etiraz ediblər. QAT sədrinin müavini İlqar Əli aksiyada çıxış edərək terrorçu Bako Saakyanın ABŞ səfərini, orada müxtəlif tədbirlərdə iştirakını pisləyib, ABŞ hakimiyyətini bu cür hərəkətlərə son qoymağa tələb edib.

Aksiya iştirakçıları "ABŞ-a ar olsun!", "ABŞ, terrorçuları himayə etmə!", "Azərbaycan hakimiyyətindən ABŞ-la diplomatik əlaqələri kəsməyi tələb edirik!", "Ya Qarabağ, Ya Ölüm!" və digər şüarlar səsləndiriblər.

Sonda aksiya iştirakçıları ABŞ səfirliyinə müraciət təqdim ediblər. Müraciətdə göstərilir:

"Amerika Birləşmiş Ştatlarının Konqresi və prezidentinə müraciət edərək bildiririk ki, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərinin ABŞ-a dəvət olunması, orada onların tədbirlərdə iştirakına şərait yaradılması artıq heç bir ölçüyə sığmır. Siz bu hərəkətinizlə Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətsizlik nümayiş etdirir, terroru, etnik təmizləmə və işğal siyasətini himayə etdiyinizi göstərirsiniz. Sizin demokratiya, insan haqları ilə bağlı dediklərinizin, guya terrorizmə qarşı mübarizə aparmaqla bağlı bəyanatlarımızın artıq heç bir mənası yoxdur. Siz kimlərə qucaq açdığınızın fərgindəsinizmi? Siz terrorçuları, Ben Ladendən, İŞİD-çilərdən də təhlükəli terrorçuları himayə edirsiniz. Biz ABŞ rəhbərliyinin bu hərəkətlərini qətiyyətlə pisləyir, ABŞ-ın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılmasını, ABŞ diplomatik nümayəndə heyətinin dərhal Azərbaycanı tərk etməsini tələb edirik".

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR