Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

20:04 13-06-2019 | icon 654 | Cəmiyyət
Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Qənirə Paşayeva qadınları cəmiyyətin bütün sahələrində fəallıqlarını daha da artırmağa çağırıb

 

Millət vəkili Qənirə Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə çıxış edib, Beynəlxalq Qadınlar Klubunun rəhbərliyini və üzvlərini təbrik edib, daha da böyük uğurlar diləyib.

 

Versus.Az xəbər verir ki, bir sıra xarici ölkələrdən gəlmiş qonaqların iştirak etdiyi tədbirdə Beynəlxalq Qadınlar Klubunun fəaliyyəti dövründə həyata keçirdiyi işlərin, layihələrin, xeyriyyə tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bu kimi tədbirlərin davamlı olmasını diləyib.

 

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb və görülən işlərdə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir.

 

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlər barədə də məlumat verib.

 

Qənirə Paşayeva tədbir çərçivəsində Beynəlxalq Qadınlar Klubunun üzvləri, xaricdən gəlmiş fəal qadınlar ilə görüşüb, fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür