“SƏS AZƏRBAYCAN” televiziya layihəsinin yarımfinalçısı
Nadir səs tembrinə malik olan qeyri-adiliyi və özünəməxsusluğu ilə seçilən “SƏS AZƏRBAYCAN” televiziya layihəsində Azərbaycan Respublikasının əməkdar artist Tünzalə Ağayevanın komandasından olan yarımfinalçı Ləman Dadaşova ilk klipini mühakimənizə buraxır.
Versus.Az-ın məlumatına görə, ilk çıxışlarından başlayaraq, Ləman onu dəstəkləyən və yarımfinala kimi gətirən bir pərəstişkar ordusunu toplamağı bacarıb. Məhz elə o zaman bir çoxu bu qızın heç kimə bənzəmək istəmədiyini, yalnız özü kimi olduğunu anlamışdı.
“Tək deyiləm” mahnısının sözləri və musiqisi bəstəkar Gövhər Həsənzadəyə aiddir. Mətnin ideyası Ləmana məxsusdur. Mahnıda gənc ifaçının fikirləri və dünyagörüşü əks olunub. Bu, insanların ətrafımızdakı dünyaya qarşı laqeyd olmamağı üçün bir çağırışdır. Bu mahnıda hər bir insan özünə aid şəxsi və ya qlobal mövzuda bir məqam tapa bilər.
Hər kəsin özünü yalqız hiss etdiyi bir an olur və yalnız insan özünü dünyanın bir hissəsi olduğunu dərk edərkən tənhalıq onu tərk edir.
Mahnı insanları dünyanı məhv etməmək və onu qorumaqa çağırır.
“Tək deyiləm” mahnısına çəkilmiş klip gənc ifaçının öz xarakterini tam əks edir. Dərindən fikir versək, bu kiçik filmin qəhrəmanı öz şücaəti və cəsarəti ilə tənhalıqdan uzaqlaşmaq istəyi ilə seçilən, azad həyat və xoşbəxtliyə can atan və hər kəsi ardıyca səsləyən bir gəncdir.
Klipin çəkilişləri əsasən təbiət qoynunda – meşədə, dağlarda, hətta su altında baş tutub. Klip gənc qrupun əməyi nəticəsində ərsəyə gəlib. Operator – Kamran Aydınov, montajçı – Emin Həsənov. İdeya, rejissorluq və ssenari Ləman Dadaşova və layihənin koordinatoru Səmra Axundovaya məxsusdur.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...