AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi /VİDEO/

20:03 16-06-2019 | icon 1226 | Şəhidlər və şahidlər
AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi /VİDEO/

 

713-cü batalyonun 12 nəfərdən ibarət qazi heyəti şəhidlik zirvəsinə ucalmış, Azərbaycanın hər zaman qürurla xatırlayacağı Şəhid Mehdi Rüstəmovun anası Saray xanımı ziyarət ediblər.

 

Qazilər canını Vətən üçün fəda edən şəhid Mehdi Rüstəmovu dünyaya gətirmiş o gözəl, nurüzlü ananın əllərindən öpüblər. Övladını torpağa şəhid verən ANA üçün oğlunun döyüş dostlarının onu ziyarət etməsi bir toy-bayram olub. Şəhid anası oğlunun qoxusunu onun döyüş yoldaşlarından alıb. Ana yenidən övladı ilə görüşürmüş kimi fərəhlənib, Şəhid anası olmağı ilə qürurlanıb.

 

Bu barədə Versus.Az-a məlumat verən qazilər, Şəhidin ziyarəti zamanı ailənin digər üzvləri, o cümlədn Mehdinin döyüşçü qardaşı, Köçəri Rüstəmovla da görüşdüklərini bildiriblər.

 

Şəhidin anasının ziyarətində vətən sevgisi ilə dolu xatirələr yada salınıb. Döyüşçülər yağı düşmənlə keçirdikləri hərbi əməliyyatlarda keçdikləri ağrılı, lakin şərəfli günlərdən bəhs ediblər. Şəhidin həyatının xoş, maraqlı anları, qəhrəmanlıq səhifələri varaqlanıb.

 

Döyüşçü dostları Şəhid Mehdi Rüstəmov haqqında öz xatirələrini bölüşüblər.

 

Batalyonun ştab rəisi Füzuli Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi xatirə medalını Şəhid Mehdi Rüstəmovun Anasına təqdim edib. Saray ana oğlunun qəhrəmanlığını bir daha yada salan o medalı qürurla qəbul edib.

 

Döyüşçülər görüş zamanı keçmiş döyüş yollarından, 713-cü batalyonun komandir müavini olan Mehdi ilə bağlı xatirələrindən, onun keçdiyi çətin döyüş yollarından danışıblar, şəhidin köhnə şəkillərinə baxıb, xoş anları yada salıblar.

 

Qazilər bu gün də torpaqların işğal altında olmasından nigaranlıq, utanc hissi keçirdiklərini deyərək, torpaqları işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini deyərək, Şəhid qardaşlarının qisasını alacaqlarına söz veriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR