“Sumqayıtda ədəbi həyat”

23:00 24-06-2019 | icon 1015 | Ədəbiyyat
“Sumqayıtda ədəbi həyat”

Kitabın təqdimatı keçirilib

 

Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, kitab millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin dəstəyilə çap edilib.

 

Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayaraq “Sumqayıtda ədəbi həyat” kitabı və onun nəşrə hazırlanması və çapı ilə bağlı ətraflı məlumat verib və Sumqayıtın 70 illik yubileyinə layiqli bir ərməğan olan kitabı araya-ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

 

Tədbirin aparıcısı, əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində gördüyü işlərdən və Sumqayıt ədəbi mühitindən ətraflı söz açıb.

 

Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva çıxış edərək ölkəmizin mədəni dəyərlərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qorunduğundan və dünyada tanıdılması yönündə görülən geniş miqyası layihələrdən söz açıb, sumqayıtlı yazarla xüsusi rəğbətinin olduğunu dilə gətirib, müəllifi təbrik edib.

 

Yazarlardan Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Raqfiq Yusifoğlu, Namiq Məna, Gülnarə Cəmaləddin, Qənirə Mehdixanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Günel Eyvazlı, Rəfail Laçınlı, Almaz Bəyazid, məktəbli yazar Gülnaz Nağızadə çıxış edərək kitabın nəşrində əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər.

 

Kitabın nəşrinə dəstək olmuş “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Axundova tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

 

Tədbirin sonunda kitabın müəllifi Vaqif Yusifli Azərbaycanda çağdaş ədəbi proses barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və “Sumqayıtda ədəbi həyat” kitabının yazılması barədə danışıb, kitabın nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR