"Hamı etimadı doğrultmağa çalışır" - Anar Nəzirov

23:52 13-07-2019 | icon 470 | İdman
"Hamı etimadı doğrultmağa çalışır" - Anar Nəzirov

"Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Hazırlıq prosesi əla ab-havada keçir. Bu da hər kəsi sevindirir. Artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Hər iki görüşdə Avropa Liqası təcrübəsinə malik, yaxşı komplektləşmiş Ukrayna klubları ilə üz-üzə gəlmişik. "Mariupol"a qalib gəlib, "Vorskla"ya uduzsaq da, komandanın istəkli olması, döyüşkənliyi sevindiricidir".

 

Versus.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nun qapıçısı Anar Nəzirov Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı barədə fikirlərini bildirərkən deyib.

Klubun rəsmi saytına danışan 33 yaşlı qolkiper "qırmızı qaralar"da heyətin yenidən formalaşması haqda da danışıb: "Komanda yenidən formalaşır. Bu prosesdə əsasən klubun öz akademiyasının yetirmələrinə üstünlük verməyə çalışılır. Əlbəttə, heyətdə bir neçə təcrübəli futbolçu və legionerlər də yer alıb. Hər futbolçu məşqçilərin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışır. Məşqlərdə səylə hazırlıq keçməklərindən hiss olunur ki, hər kəs məsuliyyəti yaxşı başa düşür. Buna görə də hamı etimadı doğrultmağa çalışır. Əgər belə istək, həvəslə davam edəriksə, komanda adına yaxşı işlər görə bilərik".

Qolkiper Avropa Liqasının II təsnifat mərhələsi haqda da danışıb: "Böyük ehtimalla Tbilisi "Dinamo"su ilə qarşılaşacağıq. Toplanış zamanı şahid olduğumuz istək, özünəinam və mübarizəni Gürcüstan klubu ilə görüşlərdə də görsək, istədiyimiz nəticələrə nail ola bilərik. Heyət yeni formalaşmaqda olduğu üçün bu üç amil daha çox lazımdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür