Dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edib

15:24 15-07-2019 | icon 396 | Mədəniyyət
Dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edib

Budapeştin tarixi saraylarından və məşhur konsert zallarından biri - “Viqadu”da (Vigado) “Klassz a Parton" beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub.

 

Versus.Az xəbər verir ki, iyulun 30-dək davam edəcək festivalda bir sıra ölkələrdən - Avstriya, İtaliya, Almaniya, İsveçrə, Slovakiya, Macarıstan, ABŞ və Türkiyədən tanınmış musiqiçilər iştirak edirlər.

 

Ölkəmizi ilk dəfə bu mötəbər festivalda Azərbaycanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edir.

Açılış mərasimindən əvvəl konsertin aparıcısı Azərbaycan - onun musiqi mədəniyyəti, inkişaf tarixi, ifaçılığı və uğurları barədə geniş məlumat verib. Daha sonra dirijor Əyyub Quliyevin rəhbərliyi altında Macarıstan Milli Simfonik Orkestri "Obuda Danube" Avropa klassik musiqisinin ən parlaq nümunələrini - Volfqanq Amadey Motsartın 35-ci "Xaffner" simfoniyasını və Frans Şubertin 5-ci simfoniyasını təqdim edib. Hər iki əsər böyük maraqla qarşılanıb.

“Klassz a Parton” festivalının bədii rəhbəri, Macarıstanın ən seçilən və görkəmli pianoçularından olan Tamaş Erdinin ifası isə konsertə xüsusi rəng qatıb. Onun ifasında səslənən Karl Mariya fon Veberin “Konsertştük” və Frederik Şopenin “Andante spianato və Grand Polonez” dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Anşlaqla keçən konsertin sonunda tamaşaçıların arzusunu nəzərə alaraq musiqiçilər proqramda əlavə olaraq yeni əsərlər ifa ediblər.

Sonda Macarıstanın tanınmış incəsənət xadimləri - yazıçı, şair və bəstəkarları, mətbuat nümayəndələri azərbaycanlı dirijoru və macar musiqiçiləri təbrik edərək xoş arzularını bildiriblər.

Qeyd edək ki, konsert Macarıstanın Bartok Dövlət Radiosu tərəfindən lentə alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR