İranın Dəmir Yolları Şirkətinin rəhbəri Bakıya gəlib

11:49 22-07-2019 | icon 585 | İqtisadiyyat
İranın Dəmir Yolları Şirkətinin rəhbəri Bakıya gəlib

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli Azərbaycana səfər edib.

 

Versus.Az xəbər verir ki, bu barədə trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.

 

Məlumata görə, Səid Rəsuli "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanov və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə müzakirələr aparacaq.

 

Səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt-Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.

 

İranın Dəmir Yolları Şirkətinin direktoru Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə, o cümlədən iqtisadiyyat naziri ilə görüşü də nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72