Kardiocərrah: Qarabağdan olan bir uşağın səsini Vatikana qədər ötürmək imkanı qazanırıq

15:38 24-07-2019 | icon 475 | Sağlamlıq
Kardiocərrah: Qarabağdan olan bir uşağın səsini Vatikana qədər ötürmək imkanı qazanırıq

Prezident İlham Əliyevin siyasətinin mərkəzində eləcə də Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Bu gün vətəndaşlarımız, əsasən də qayğıya ehtiyacı olan insanlarımız ən çətin məqamlarda arxalarında ilk növbədə dövləti, ölkə rəhbərliyini görürlər. Vətəndaş dara düşdüyü an əmindir ki, istər Prezident, istərsə də birinci xanım Mehriban Əliyeva ona arxa, dayaq duracaq.

Ötən həftə biz ölkə vətəndaşına verilən dəyərin və diqqətin bir daha şahidi olduq. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar Mərkəzi Gömrük Hospitalında cərrahiyyə əməliyyatı olundular. Bütün bunlar Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm prinsiplərinə əsaslanan yüksək insanpərvərliyinin növbəti nümunəsi idi.

Versus.A xəbər verir ki, Milli Məclisin deputatı, tanınmış kardiocərrah Rəşad Mahmudov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində trend-ə bildirib ki, bu əməliyyatlar xəstəxanalar və ailələr üçün maliyyə baxımından böyük olan əməliyyatlardır: "Heydər Əliyev Fondu hər zaman olduğu kimi qısa müddətdə ailələrin səsinə səs verərək bu körpə uşaqların problemlərinin həll edilməsi üçün bütün maliyyə yükünü öz üzərinə götürdü. Artıq 4-ə yaxın əməliyyatımız uğurla başa çatıb. Mürəkkəb ürək qüsurları olan digər xəstələr üzərində də əməliyyat üçün hazırlıq işləri gedir. Xəstə uşaqların analarının övladları sağlamlığa qovuşduqdan sonra keçirdiyi hisslərə görə biz də həm həkim, həm vətəndaş kimi Mehriban xanıma o ailələrin, gözəl ürək sahibi olan balaların adından dərin minnətdarlığımızı bildiririk".

R.Mahmudov qeyd edib ki, ölkəmizdə Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva tərəfindən atılan hər bir addımın məntiqi əlaqəsi və nəticəsi var: "Vatikanla Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu arasında olan mövcud münasibətlər bu gün özünü başqa bir platformda göstərir. Dünyaca məşhur Roma Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin artıq Azərbaycandakı mərkəzlərlə ortaq addımlar atması təkcə səhiyyə məsələsi deyil. Bu addımla hiss etmədən, bəlkə də arxa planda çox incə siyasətlə Qarabağımızın Cocuq Mərcanlı kəndindən olan bir uşağın səsini Vatikana qədər ötürmək imkanı qazanırıq. Bu siyasət həm də humanitar aksiya və gözəl ənənələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR